ArxivIslamXəbər lentiXəbərlər
Qobustan həbsxanasında Mövsüm Səmədovun məhkəməsi keçirilir – FOTO

Ötən həftə AİP lideri Mövsüm Səmədovun Qobustan qapalı tipli təcridxanaya göndərilməsi ilə bağlı məhkəmə prosesinin bu gün keçirilməsi barədə qərar verilmişdi. Dövlət ittihamçısı həmin məhkəmə prosesində M.Səmədova 3 il cəza istəsə də, hakim prosesi bu günə təxirə salmışdı.
Hazırda Qobustan qapalı həbsxanasında Səmədovun vəkili Yalçın İmanovun iştirakı ilə məhkəmə prosesi keçirilir.
AİP-in sədr əvəzi Hacı İlham Əliyev və bir bir neçə partiya funksioneri də həbsxana qarşısında məhkəmənin qərarını gözləyirlər.
Qeyd edək ki, M.Səmədov varikoz xəstəliyindən əziyyət çəkir və səhhətindəki problemlər onun qapalı tipli müəssisədə cəza çəkməsinə imkan vermir.