ArxivXəbər lentiXəbərlər

Qondarma “DQR” Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq

Mayın 16-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında müzakirə olunacaq.

APA-nın məlumatına görə, bu barədə “Panorama.am” saytına komissiyanın sədri Artak Zakaryan bildirib.

“Komissiyanın qanun layihəsinə verəcəyi rəy parlamentə təqdim olunacaq”, – deyə Zakaryan bildirib.

Reqlamentə əsasən, qanun layihəsi parlamentdə daxil olduqdan sonra o, parlamentin dördgünlük iclaslarının gündəliyi layihəsinə daxil edilir. Reqlament parlamentə üç qərardan birini qəbul etməyə icazə verir: gündəliyə daxil etmək, imtina etmək və təxirə salmaq.

Qeyd edək ki, Ermənistan hökuməti mayın 5-də “DQR”-in tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib.

Layihənin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi üzrə müharibə odu 1 apreldə yenidən alovlandı və bir neçə gün ərzində iki tərəfin bir qrup hərbçisi həlak oldu.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button