ArxivXəbər lentiXəbərlər

Qubada Ərdəbil Məscidi əsaslı təmir və bərpaya ehtiyac duyur

Qubada Ərdəbil Məscidi əsaslı təmir və bərpaya ehtiyac duyur.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun mərkəzi məscidi olan bu ibadət ocağı 130 ildən artıq tarixə malikdir.

Məsciddə axund və yerli sakinlərin şəxsi vəsaiti hesabına bir neçə dəfə təmir işləri aparılsa da, o, əsaslı şəkildə təmir olunmalıdır. Belə ki, tavanı sıradan çıxan, divarlarında isə iri çatlar əmələ gələn məbəd binası qəzalı vəziyyətdədir. Bu isə orada dini ayin və tədbirlərin keçirilməsi zamanı çətinliklər yaradır.

Ölkə başçısı İlham Əliyevin dini-tarixi və mədəniyyət abidələrinin bərpasına dair əlavə sərəncamı yerli dindarların sevincinə səbəb olub.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda dini-tarixi və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button