ArxivXəbər lentiXəbərlər
Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb

Görüş keçiriləcək binada Azərbaycan və Ermənistan prezidentlərini İsveçrənin XİN başçısı Didye Burqhalter qarşılayıb.
Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü başa çatıb. Görüş 1 saatdan artıq davam edib.
qafqaz.ir məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində xəbər verib.
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə qeyd edib ki, təkbətək görüşdən sonra Minsk qrupu həmsədrləri və Xarici işlər nazirləri otağa dəvət olunublar.
İsveçrə Konfederasiyasının Bern şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında görüş başlayıb.
“Report”un xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bildirib.
Görüş keçiriləcək binada Azərbaycan və Ermənistan prezidentlərini İsveçrənin XİN başçısı Didye Burqhalter qarşılayıb.