Aktual
Qüds Günü Həyəcan Təbili və Çağırışdır!

Mayis Güləliyev : Qüds Günü Qlobal problemlər kontekstində Dünyada və Böyük Yaxın Şərqdə baş verən hadisələrin mahiyyətini başa düşməyə imkan verən və mümkün çətinlikdən qurtulmaq yollarını göstərən siyasi ideyadır. Qüds Günü Həyəcan Təbili və Çağırışdır!
Rövşən Əhmədli: Qüds günü– müsəlmanların və Azad İnsanların həmrəylik günüdür ! Qüds Günü– İnsanlıq, İnsan haqq və hüquqları uğrunda mübarizəyə çağırış günüdür !
Bildiyimiz kimi, hər il mübarək Ramazan ayının son cümə gününü bir çox ölkələrdə dünya müsəlmanları Beynəlxalq Qüds Günü kimi geniş şəkildə qeyd edirlər. Bu günlərdə dünya ölkələrində elmi konfranslar keçirilir, seminarlar təşkil edilir, dinc şəkildə nümayişlər təşkil olunur, fələstin xalqının məzlumiyyəti, İsrail hökumətinin təcavüzkarlığı dünyaya çatdırılır. Lakin bu günün mahiyyəti bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan dövlətinin ictimai-siyasi sferasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan xalqı bu tarixi gündən istifadə edərək öz Qarabağ dərdini, faciəsini bəşəriləşdirə və problemin lazımi hüquqi qiymətini tələb edə bilər. Bu münasibətlə Azərbaycan Birlik Təşkilatının ideya layihəsi ilə Azərbaycan Birlik Təşkilatı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı “İNSAN HAQLARI – QÜDS VƏ QARABAĞ, EYNİ DƏRDDƏ” İkinci Elmi-Nəzəri Virtual Konfransını təşkil edir. Konfrans Birlik.az saytı vasitəsilə sözügedən saytın baş redaktoru Hətəmov Vüsal tərəfindən idarə olunur. Qeyd edək ki, virtual konfransda siyasi-ictimai xadimlər, tarixçilər, partiya və QHT sədrləri, media işçiləri, yazarlar, həmçinin bir sıra fəal gənclər iştirak edir. Virtual konfransa qoşulmaq və tədbiri izləmək istəyənlər prosesi birlik.az saytında hər gün yenilənən link-səhifədə izləyə bilər.
“İNSAN HAQLARI -QÜDS VƏ QARABAĞ, EYNİ DƏRDDƏ” İkinci Elmi-Nəzəri virtual konfrans davam edir. Konfransın budəfəki sözçüsü Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədlidir:
– “Mübarək Ramazan günləri münasibətilə müsəlmanlara təbrik deyirəm və zalım qövmlərə, zülmkar rejimlərə qarşı haqq-ədalət mübarizəsində Mütəal ALLAHDAN hamıya yardım diləyirəm. Beynəlxalq Qüds gününün hər il Azərbaycanda daha geniş şəkildə qeyd olunaraq təbliği və bu günün əhəmiyyətinin əhatəli surətdə cəmiyyətə çatdırılmasında Azərbaycan Birlik Təşkilatının ideya müəllifliyi ilə keçirilən Elmi-nəzəri Virtual Konfransın çox önəmli faydalarını qeyd etmək lazımdır.
Çox təəssüf ki, bu gün dünyada gücün, zorun, zülmün siyasəti müdafiə olunur. Bu irticacı siyasətin hədəfi və qurbanı isə ilk növbədə müsəlman dünyasıdır. İlk dəfə 1982-ci ildə İran İslam İnqilabının dahi rəhbəri və lideri İmam Xomeyninin (r.ə ) təşəbbüsü ilə Fələstin xalqının azadlıq mücadiləsinə dəstək üçün Mübarək Ramazan ayının axırıncı cümə günü keçirilən ” Qüds Günü ” artıq nəinki müsəlman ölkələrində bütün dünyada Beynəlxalq Müqavimət günü kimi qeyd olunmaqdadır. “Qüds Günü” haqqında artıq formalaşmış deyimlər çoxdur. Qüds günü rəmzdir və düşünürəm ki, yalnız Mübarək Ramazan ayında xatırlanıb deyd olunmaqla müsəlmanlar vəzifələrini bitmiş hesab etməməlidirlər. Necə ki “Hər gün Aşura-hər yer Kərbəla” deyib yalnız Məhərrəm ayını gözləməli deyilik, eyni zamanda zalımların, qəsbkarların zülmlərinə də etiraz üçün hər günümüz Qüdsiyyətlə olmalıdır. Qüds və Qarabağın işğalının arxasında eyni zalım və məkrli güc mərkəzləri dürsa da, eyni dərddə olsaq da, mübarizə və müqavimət baxımından fərqliyik. Qüds işğal olunandan bir gün də olsa xalq müqavimətini dayandırmayıb. Fələstin xalqı bütün məhrumiyyətlərə sinə gərərək yalın əllə, daş-kəsəklə təpədən dırnağadək ən müasir silahlarla təchiz edilmiş cinayətkar sionist işğalçılarına qarşı mübarizə aparır və zülmə boyun əymir. Qarabağda isə 20 illik sükut var və məsələnin ədalətli həlli ədalətsiz, İslama, müsəlmanlara düşmən olan xristian dövlətlərin ixtiyarına buraxılıb. Dünyada insan haqları, hüquqlarının müdafiəsi adı altında insanlığa zülm edən, ölkələri viran qoyan, müstəqil dövlətlərə təcavüz edərək işğal edən ABŞ kimi irticaçı və müsəlmanların qənimi olan cinayətkar dövlətdən, qondarma erməni “soyqırımı”nı tanıyıb qanun qəbul edən müsəlmanlara pataloji nifrəti olan Fransadan, erməniləri silahlandırıb hərbi-siyasi-iqtisadi dəstək verən Rusiyadan hansı məntiqlə ədalət gözləmək olar ???
Qüdsü işğal edən sionist israil rejimi, Qarabağı qəsb edən Ermənistan və qanunsuz təcavüzləri müdafiə edən ABŞ-ın yaranma tarixlərinə nəzər salsaq, mahiyyətcə eyni əsasda yarandıqlarını görərik. Hər üç dövlət qəsb etdikləri ərazilərdə yerli əhaliyə zor tətbiq etməklə soyqırımı siyasəti apararaq qanunsuz hakimiyyət yaratmışlar. Hər 3 dövlət beynəlxalq norma və qanunlara əməl etmir. Hər 3 dövlət “böyüklük iddiası ilə insanlığa faciələr yaşatmaqda davam edir. Hər 3 dövlət əsassız, qondarma iddialarla uzunmüddətli münaqişə ocaqları yaradaraq ədalətsiz gücün hakim olmasına çalışır.
Qarabağın işğalının əsas səbəblərini düzgün dərk etmək üçün Qüdsün işğalının, bu işğalların arxasında duran zalım güclərin mahiyyətləri və maraqlarını dərindən öyrənməliyik.
Qüds Günü– zalımlarla, zülmlə savaş günüdür ! Qüds Günü –ALLAHA həqiqi bəndəçilk və beyəti təzələmək günüdür ! Qüds günü– müsəlmanların və Azad İnsanların həmrəylik günüdür ! Qüds Günü– İnsanlıq, İnsan haqq və hüquqları uğrunda mübarizəyə çağırış günüdür ! Qüdsüyyətli gələcək uğrunda mübarizəyə hər gün hazır olmalıyıq .Qəsb olunmuş Müqəddəs İslam torpaqlarının, təcavüzə məruz qalmış İnsan haqq və hüquqlarının azadlığı uğrunda ardıcıl mübarizəyə hazır olanlara ALLAHDAN yardım diləyirəm !ALLAHIN Salamı olsun bütün hidayəti qəbul edənlərə”