QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!

“QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”– YAXIN ŞƏRQDƏ GEOPOLİTİK VƏZİYYƏT VƏ AZƏRBAYCAN – III VİRTUALKONFRANS bu gündən öz işinə başladı
Bildiyimiz kimi, hər il dünyada mübarək Ramazan ayının son cümə günü müsəlmanlar tərəfindən Beynəlxalq Qüds Günü kimi geniş qeyd edilir. Bu günlərdə dünya ölkələrində elmi konfranslar keçirilir, seminarlar təşkil edilir, Fələstin torpaqlarının təcavüzə məruz qalması haqda həqiqətlər dünyaya çatdırılır. Lakin bu günün mahiyyəti bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan dövlətinin ictimai-siyasi sferasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan xalqı bu tarixi gündən istifadə edərək Qarabağ dərdini, faciəsini bəşəriləşdirə və problemə lazımi hüquqi qiyməti tələb edə bilər. Bu münasibətlə 09/07/14 – 23/07/14 tarixində QÜDS VƏ QARABAĞ EYNİ DƏRDDƏ!”: GEOPOLİTİK VƏZİYYƏT –mövzusunda III VİRTUAL KONFRANSA start verilir.
Virtual Konfransın mövzusu:
Yaxın Şərq hadisələri və Azərbaycan; Fələstin və Qarabağ işğalında oxşar cəhətlər.
Virtual Konfransın gedişatı: Konfransa qatılmaq istəyənlər təklif olunan mövzularda məqalələrini təqdim edə və digər iştirakçıların fikirlərinə münasibət bildirə bilərlər. Göndəriləcək məqalələr və məqalələr ətrafında müzakirələr müntəzəm olaraq Birlik.az saytında işıqlandırılacaq.
Mövzular: Dünyada baş verən hadisələrin Yaxın Şərqdə inkişaf xətti, dinamikası.
Son illərdə Yaxın Şərqdə mövcud ideoloji, siyasi-ictimai, iqtisadi problemlər.
Siyasi böhran, yoxsa oyanış?!
Yaxın Şərqdə baş verən terror çevrilişlərinin digər ölkələrə sıçraya bilmə şansı
Yaxın Şərq hadisələri və Azərbaycan
Məqalələrin qəbul olunma şərtləri:
Məqalələr 300- 1000 işarə həcmində Word fayl şəklində təqdim olunmalı, müəllifin adı, soyadı (təxəllüsü), ixtisası və ya tutduğu vəzifə, internet koordinatları (elektron ünvanı), şəkli əlavə olunmalıdır.
Məqalələr, eləcə də müəlliflərin fikirlərinə münasibət və şərhlər aşağıdakı elektron ünvana göndərilməlidir quds-qarabaq@mail.ru
Qeyd edək ki, Virtual Konfrans tarixində 4 Elmi-Praktik Dinləmə təşkil olunacaq. Elmi-Praktik Dinləməyə moderatorluq Azad Qarabağ Uğrunda Alyansın idarə heyətinin üzvü Rövşən Əhmədli tərəfindən aparılacaq.
Virtual Konfrans Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar – Mina Qurbanlarına Dəstək İctimai Birliyini (sədri Məmmədhəsən Həsənov), Məşəl” İctimai Birliyini (sədri Alman Abbasov), Milli Mədəniyyətin Təbliği İctimai Birliyini (sədri Jalə Cəfərova), Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı (sədri Rövşən Əhmədli), Qarabağ Qazilər birliyi (sədri Etimad Əsədov), Vətən Əlilləri və Veteranları ictimai birliyi (sədri Firudin Məmmədov), “Əsgər Analarına Dəstək” ictimai birliyi (sədri Növrəstə İbrahimova), Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyəti (sədri Növrəstə Yusibova), Azərbaycan Birlik Təşkilatı (sədri Vüsal Hətəmov) tərəfindən həyata keçirilir.
Virtual Konfransa media dəstəyi: birlik.az saytı
Virtual Konfransın moderatoru: Vüsal Hətəmov
Virtual Konfransın ideya müəllifi Azərbaycan Birlik Təşkilatı
Xatırladaq ki, Azərbaycan Birlik Təşkilatı ənənəvi olaraq hər il bu mövzuda konfransa start verir
Keçənilki virtual konfransın aşağıdakı linkləri ilə tanış ola bilərsiniz: