Qüdsdə, Əqsa məscidində tökülən qanlara xatir sionist rejimə etiraz edək!

DİQQƏT DİQQƏT!
Qüdsdə, Əqsa məscidində tökülən qanlara xatir sionist rejimə etiraz edək!
İmam Hüseyn (ə) buyurur: «Mənə kömək edəcək bir köməkçi varmı?! Mənə yardım edəcək bir yardımçı varmı?!
Əziz qardaşlar və bacılar hal-hazırda ilk qibləmiz olan Qüdsdə, Əqsa məscidində əli yalın müsəlmanlar bizdən kömək istəyir. Sionist rejim onları heç bir günahları olmadan öldürür, həbs edir.
Gəlin biz əl-ələ verib Qüdsdə, Əqsa məscidində oruc ağıza qətlə yetirilən müsəlmanlara dəstək olaq! Allah-Taala Qurani-kərimdə buyurur:
Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır. Bəqərə, 114
Bütün dünya müsəlmanları bu zülmə etiraz edir. Gəlin biz də etiraz edək. Çox sadə bir yol var. Problemsiz və asan. O da budur ki, belə bir ideya qoyulub ortaya: “Hər müsəlman bir qab su atsa, sionist rejimi sel aparar.”
Aşağıda müşahidə etdiyiniz video kimi qısa filimlər hazırlayaq. Hərə öz evində, öz həyətində. Yerə rejimin bayrağında olan ulduzu cızma-qara edin. Sonra uşaq gəlib bir qab su töksün üstünə. Uşaq edir yoxsa özün edirsən, bunu fərqi yox. Heç insanın üzünün görünməsi də mühüm deyil. Ayrı-ayrı məkanlarda fərqli filmlər bəs qədər təsir edəcək. Kimlərsə bu işi kiçik saymasın. Burda mühüm bir nöqtə var. O da budur ki, dünya müsəlmanları ayılsın və 2 milyarda yaxın müsəlman öz güc və qüdrətini görsün. Necə ola bilər ki, 2 milyarda yaxın müsəlman, sayı 6-7 milyon olan bir cinayətkar rejimin müsəlman qanı axıtmasına göz yumsun?! 2 miyarda yaxın müsəlmanın hərəsi bir qab su atsa sionist rejimi sel aparacaq.
Bu mübarək işdə bizə kömək edən qardaşlar var?! Varsa, bismillah. Hər kəs hazırladığı filmi paylaşmağa çəkinsə mənə inboxda yazsın. Mən filmi alıb özüm paylaşacam. Qüds gününə qədər bu işi davam edək, inşallah.
DİQQƏT DİQQƏT! İnşallah layk, komment və paylaşmaq yaddan çıxmasın…