ArxivIslamXəbər lentiXəbərlər

Mirzə Əbul-Qasim Qarabaği.

Mirzə Əli Qazinin oğlu Mirzə Əbul-Qasim Qarabaği Qafqazda tanınmış İslam mütəfəkkiri, fəqih və qazilərdən hesab olunur. Qarabağda dünyaya göz açıb. Cavanlığında öz vətənində ərəb ədəbiyyatının müqəddimati dərslərini oxuduqdan sonra İranın o vaxtlar, dini –elmi mərkəzlərindən biri sayılan, İsfahan şəhərinə səfər edir. Bu elmi ocaqda məhşur alimlərdən, o cümlədən Molla Əhməd Nəraqi və başqa ustadlardan istifadə edir. Bir müddətdən sonra Nəcəfi-Əşrəfə köçür və bu məkanda ali elmi dərəcəli alimlərdən o cümlədən; Kaşiful-Ğita qardaşlarının elmindən bəhrələnərək ictihad məqamına çatır. Bundan sona öz vətəninə qayıdır və o məntəqənin elmi qəzavət və rəyasət məsələlərini öhdəsinə alır. Zəkalı alim 1864-cü ildə fani dünyanı tərk edir. Alimdən ərəb dilində iki şer qalıb ki, burada məsumları (ə) vəsf edib. Birindən iki sətir, o birindən isə on dörd beyt gəlib çatıb. (“Riyazul-aşiqin” – Məhəmməd Müctəhidzadə Müştəri . səh. 62-63)

Bu material Faiq Vəlioğlunun “Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button