ArxivXəbər lentiXəbərlər
Azərbaycan neftini oğurlayanlar tutuldu

Yerin altıyla boru çəkiblər
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd göstərən iki nəfəri saxlayıb.
Report-un xəbərinə görə, saxlananların kimliyi ictimaiyyətə açıqlanmır.
İddialara görə, saxlanan şəxslər Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsi ilə yerin altından bir kilometr uzunluğunda boruçəkiblər. Həmin xətt neftkəmərinə birləşdirilib. Bunun üçünkəmərə xüsusi açar da qaynaq edilib. Məqsədneft oğurlanması olub. Hüquq mühafizə qurumları dəstənin digər üzvlərini axtarır.