ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Frenk Pallone Əliyevin məsuliyyətə cəlb olunmasını tələb edib.
Pallone Ermənistanın Sünik bölgəsinin Teğ kəndi yaxınlığında Azərbaycan silahlı qüvvələrinin əməllərini şərh edərkən yazıb: “Bu Azərbaycan qüvvələrinin Ermənistana qarşı növbəti məntiqsiz təxribatıdır. Azərbaycan dəfələrlə Ermənistanın suveren ərazisində regionda sabitliyi pozan və sülhü demək olar ki, qeyri-mümkün edən əsassız təcavüz aktlarına start verib. ABŞ Əliyevi məsuliyyətə cəlb etməlidir”.