ArxivXəbər lentiXəbərlər
İran İslam Respublikası zəlzələdən zərərçəkənlərə 70 milyon dollar ayırdı

İran hökuməti ölkənin qərbində baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 70 milyon dollara yaxın vəsaitin ayrılması ilə bağlı qərar qəbul edib.
Yerli mətbuat xəbər verir ki, bu barədə prezident Həsən Ruhaninin mətbuat xidməti bildirib.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb. 17 minə yaxın ev dağılıb.