Rəsmi Bakı bəzi azərbaycanlıların Suriya böhranında iştirakına reaksiya verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu ölkənin bəzi vətəndaşlarının Suriya böhranında iştirak etməsi ilə əlaqədar yayımlanan xəbərlər barəsindəki sualı cavablandıraraq deyib: Bu barədə araşdırma aparırıq.
Elman Abdullayev İRİB-ə müsahibəsində deyib: Biz bu məsələni araşdırmaqdayıq. Suriyada özlərini azərbaycanlı adlandıranlar doğrudanmı azərbaycanlıdırlar? Və belə olduğu halda Suriyaya necə gediblər?
“Bizim hal-hazırda Suriyada səfirliyimiz yoxdur və Livandakı səfirliyimiz bu məsələni araşdırır. Lakin diqqət mərkəzində saxlamaq lazımdır ki, Suriyadakı mövcud böhranı nəzərə alaraq bu məsələni dəqiq araşdırmaq asan iş deyildir” –deyə Abdullayev bildirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Suriya böhranı qarşısında ölkəsinin mövqeyi barəsindəki sualı belə cavablandırıb: Bakı Suriyadakı mövcud vəziyyətdən son dərəcə narahatdır. Bizim qənaətimizcə, bu böhranın yeganə həll yolu tərəflər arasında danışıqlardır.
Sülh və stabillik bərqərar olunmadığı zamana qədər mülki vətəndaşların qətlə yetirilməsinin davam edəcəyini bildirən Abdullayev əlavə edib: Bakı BMT xüsusi nümayəndəsi tərəfindən dəstəklənən layihə çərçivəsində müzakirələrə başlanılmasını istəyir.
“Suriya ermənilərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə köçürülməsinin qarşısını almaq üçün Bakı hansı addımları atmışdır?” sualını cavablandıran XİN rəsmisi əlavə edib: Biz bu məsləni beynəlxalq dairələrdə ciddi şəkildə irəli sürdük və Azərbaycan Respublikasının mövqeyini dəstəkləmələrini istədik.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Beynəlxalq dairələr, həmçinin region və qonşu ölkələr Suriya ermənilərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanunim yerləşdirilməsi barəsində Ermənistana xəbərdarlıq etməlidirlər. Çünki bu təzyiqlər olmadan İrəvan öz mövqeyini dəyişdirməyəcək.
Abdullayev beynəlxalq hüququn pozulması ilə bağlı belə halların təkrarlanmasını beynəlxalq səhnədə ikili stantdartın tətbiq olunmasından qaynaqlandığını bildirib.
Qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycan Respublikası vətəndaşlarının Surya hökuməti və xalqına qarşı terror aktları törətmək üçün vəhhabi və təkfirçi qruplaşmalar tərəfindən Suriyaya ezam olunması ilə əlaqədar xəbərlər yayımlanmışdır.
Bildirilir ki, bu şəxslərin əksəriyyəti komandanı inquşetiyalı Ömər Şuşani olan “Ənsar Ceyş Mühəccər” qruplaşmasının üzvüdür.
İki ay öncə də Yəhya əl-Azəri ləqəbli Sumqayıt sakini Nicat adlı azərbaycanlı Youtube-da yayımlanan video-çarxda müraciət verərək Azərbaycan vəhhabilərinin Suriyada iştirakını istəmişdi. Bu da bu ölkənin Mili Təhlükəsizlik Nazirliyinin reaksiyası ilə qarşılaşdı.