ArxivXəbər lentiXəbərlər
Rəsmi Bakı Qarabağ müzakirələrində Ermənistanın mövqeyini tənqid edib

Azərbaycanın xarici işlər naziri Ermənistanın qarabağ müzakirələrindəki təxribatçı mövqeyini tənqid edib.
APA-nın verdiyi məlumata görə, Elmar Məmmədyarov dünən İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN başçılarının 43-cü iclasında çıxışı zamanı deyib: Ermənistan beynəlxalq qanunlara zidd olaraq, beynəlxalq hüququ pozub və BMT-nin qətnamələrinə etinasızlıq nümayiş etdirir, bu da İrəvanın qarabağ münaqişəsinin həlli prossesindəki təxribatçı siyasətinin göstəricisidir.