
Müqəddəs Məşhəd şəhərində təhsil alan azərbaycanlı tələbələr keçirdikləri iclasda islamçı məhbuslarla həmrəylik ongünlüyünü qeyd etdilər.
Quran oxunuşu ilə başlayan iclasda ruhani Tohid İbrahimbəyli çıxış etdi. O, şəban ayının gəlişi münasibəti ilə məclis iştirakçılarını təbrik etdi, din tələbələrinin təbliğatını Peyğəmbərin (s) besətinin davamı olduğunu bildirdi.
Tohid İbrahimbəyli çıxışında peyğəmbərlərin göndərilməsində məqsədin mənəvi saflaşdırma və maarifləndirmədən ibarət olduğunu qeyd edib qeyb dövründə peyğəmbər davamçılarının da bu iki mühüm vəzifəni yerinə yetirməli olduğunu xatırlatdı. O, həmçinin dedi: “Allah peğəmbərlərini göndərib ki, insanlar yalnız Ona ibadət etsinlər və tağut hesab edilən zalım və hakimlərdən uzaq dursunlar, onlarla mübarizə aparsınlar. Bizim təbliğatımız da bu iki nəticəyə hesablanmalıdır. Əgər Allaha ibadət olsa, amma tağut və zalıma nifrət olmasa, deməli, Quranın göstərişinə əsasən, maarifləndirmə düzgün aparılmamışdır”.
Ruhani daha sonra islamçı məhbuslardan danışaraq onların yolunu besətin davamı adlandırdı, Quran ayəsinə uyğun olaraq, Allahın bəndəliyinə dəvət, xalqı tağutdan və zülmə boyün əyməkdən çəkindirmək hesab etdi. Məhbuslarımızın din tələbələri boynunda böyük haqqı olduğunu qeyd edən ruhani onların azadlığı üçün dualar etdi və Allahdan bütün İslam düşmənlərinin məhvini dilədi.
Tohid İbrahimbəyli bildirdi ki, peyğəmbərin besətinin fəlsəfəsi və məqsədi yalnız İmam Zamanın (ə) zühurundan və hakimiyyətindən sonra tamamlanacaq: “Besəti zühursuz təsəvvür etmək çox böyük nöqsandır. Gərək hamımız İmam Mehdinin (ə) qlobal hakimiyyətinin bərpasına zəmin yaratmağa çalışaq”.
İşğal altında olan torpaqlarımızı yada salan İbrahimbəyli qeyd etdi ki, Qarabağa azadlıq duası bəzilərimizin dilinin əzbəri olub. Lakin dua kifayət etmir. Biz tələbələr İmam Hüseyn (ə) məktəbindən dərs almış Şəhid Mübariz kimi balalar yetişdirməliyik ki, arzuladığımız Qarabağ bizə qayıtsın, inşallah.
Məclisin sonunda ehsan süfrəsi açıldı.
nur-az.com