Rəsmi Bakının qanunsuz hərəkəti

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təkrar müraciətlərə baxmayaraq, rəsmi Bakı beynəlxalq qanunlara zidd olaraq, İran səfirinin Bakıda günahsız olaraq həbs edilmiş İran vətəndaşı Bəhram Feyzi ilə görüşünə şərait yaratmır.
İran vətəndaşı Bəhram Feyzi təxminən 10 ay öncə, Bakıda sionist rejimin səfirliyinə hücuma cəhd kimi uydurma ittihamla həbs edilmiş, formal məhkəmədə İran səfirliyinin nümayəndəsinin iştirakı olmadan ona 15 illik həbs hökmü çıxarılmışdır.
Bəhram Feyzinin həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşı olan, iki uşaq anası Aysel Feyzi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi(MTN) tərəfindən hədə-qorxulara məruz qaldığına görə ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Aysel Feyzi İran İslam Respublikasının müvafiq rəsmilərindən günahsız oralaq həbs edilmiş həyat yoldaşının azadlığı uğrunda səylərini davam etdirmələrini istəyib.
İki ay öncə Bakı mediasının hüquq müdafiəçisi kimi təqdim etdikləri AR-nin parlament üzvü Çingiz Qənizadə İran səfirinin Bəhram Feyzi ilə görüşü üçün heç bir məhdudiyyətin olmadığını iddia etmişdi. Qənizadə hətta İran səfiri ilə birlikdə Bəhram Feyzi ilə görüşməyə hazır olduğunu demişdi.
İİR-nin AR-dəki səfiri Çingiz Qənizadənin bu təklifi ilə razılaşmışdı lakin həmin təklifdən 2 ay ötsə də Azərbaycanlı deputat öz vədini yerinə yetirməmiş və bu xüsusda jurnalistlərin suallarını cavablandırmaqdan da boyun qaçırmışdır.
Vaxtı ilə İranın Bakıdakı konsulu Mövlayi də Bəhram Feyzidən aldığı məktuba toxunaraq demişdi ki, Feyzi məhkəmənin siyasi hökmünə etiraz əlaməti olaraq aclıq elan edib və əlverişli şəraitdə deyil və səfirliyin həkimi tərəfindən müayinə olunmalıdır.
4 ay öncə də Həsən Fərəci adlı başqa bir İran vətəndaşı sionist rejimin səfirliyi qarşısından keçdiyinə görə həbs və işgəncə edilmiş və bir ay müddətində saxlanılmışdı. Fərəci azadlığa buraxıldıqdan sonra demişdi ki, o heç sionist rejimin səfirliyi qarşısından da keçməyib və rəsmi Bakının bu barədəki iddiası ağ yalandır.
Azərbaycan Respublikası İranofobiya barədə sionist rejim qarşısında öz üzərinə götürdüyü öhdəliyə əsasən vaxtaşırı olaraq İran yaxud başqa ölkələrin vətəndaşlarını uydurma ittihamlarla həbs edir və onlara işgəncə verməklə, onlardan sionist rejimin xeyrinə etiraflar almağa cəhd göstərir.