ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəsmi Dəməşq: ABŞ-ın Suriya neftini oğurlamağı davam etdirməsi müstəmləkəçilik dövrünə qayıtmaq deməkdir

Rəsmi Dəməşq bildirib ki, ABŞ-ın Suriya neftini Suriya-İraq sərhədindən oğurlayaraq Şimali İraqa daşımaq siyasətini davam etdirməsi oğurluq, piratçılıq və müstəmləkə dövrlərinə qayıtmaq cəhdidir.

bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Suriya, bu təcrübələrin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasını onları pisləməyə və onlara son qoymaq üçün səy göstərməyə çağırır. Suriya bildirir ki, Vaşinqtonun talan etdiyi hər şeyə və vurduğu itkilərə görə ABŞ-dan təzminat almaq haqqını özündə görür.”

Nazirlik öz bəyanatında Amerika Birləşmiş Ştatlarının qeyri-qanuni qüvvələrini Suriya ərazisindən dərhal çıxarmasının və “öz dar məqsəd və maraqlarını həyata keçirmək üçün istifadə etdiyi terrorçulara, muzdlulara və separatçı qruplaşmalara” dəstəyini dayandırmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Amerika qüvvələri son həftələr ərzində Suriya neftinin qaçaqmalçılığını daha da gücləndiriblər. Belə ki oğurlanmış neftlə yüklənmiş yüzlərlə tankeri tabeliyində olan “Suriya Demokratik Qüvvələri”nin (separatçı kürd birləşmələri) iştirakı ilə İraq ərazisindəki bazalarına aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button