ArxivXəbər lentiXəbərlər
Rəssamların xəyalında sülh və dostluq

Avqustun 28-də İran Mədəniyyət Mərkəzində “Rəssamların xəyalında sülh və dostluq” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı və İran səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə yüz fırça ustasının 150-dən çox sənət əsəri yer alacaq. Sərgidə müxtəlif yaş qruplarında peşəkar və həvəskar rəssam, eləcədə də dekorativ tətbiqi sənət ustaları iştirak edəcəklər.