ArxivXəbər lentiXəbərlər

Rəssamlığa yeni üslub gətirən ilahiyyatçı Hacı Rizvan İsmayılın Bakıdakı sərgisindən geniş reportaj – FOTO

Ruhani alim Hacı Rizvan İsmayıl rəssamlığa verdiyi yenilik ilə tarixə düşüb. Bir çox dövlət məmurları, tanınmışlar ara-sıra Hacı Rizvanı ziyarət edər, ondan mənəvi qida alarlar. Onun yaratdığı rəsm əsərlərini Gürcüstanın qurum və təşkilatlarının divarlarında görmək olur.

Ötən ilin otyabr ayında Parisin Luvr (Louvre) muzeyində “Art Shopping”in təşkilatçılığı ilə keçirilən sərgi festivala dünyanın müxtəlif ölkəsindən 600 rəssam  və qalereya  qatılmışdı. Gürcüstanın ruhanisi Hacı Rizvan İsmayıl da, bu sərgiyə qatılaraq öz sözünü deyərək Avropanın incəsənət xadimləri, xüsusilə rəssamların diqqətini cəlb etdi. Gürcüstan təmsilçisi kimi rəssamlığa gətirdiyi yeni üslubu, yeni cərəyanı – numerologiya və əbcədizmin Avropada təqdimatını edərək bir ilkə səbəb oldu.  Bu sərgidə 15-ə yaxın tablo və rəsm əsərini təqdim edərək növbəti sərgi və festivallara dəvət aldı.

Belə bir dəvət Azərbaycandan gəldi, bundan əvvəl də sərgidə iştirak edən ruhani bu dəfəki sərgi dəvəti Moskva, İstanbul və nəhayət Parisdəki sərginin səs-küyündən sonra oldu. Sərginin açılışına ölkənin tanınmış ziyalıları, rəssamları və incəsənət xadimləri də qatılıb.

 qafqaz.ir İslamazeri.com-a istinad xebere gore. olaraq sərgiyə qatılaraq ruhani-rəssamın gözəl tabloları, əcbədizm haqda rəssamın özü ilə müzakirə etdik.

İlahiyyatçı rəssam sərginin iki gün tez bitəcəyini bildirərək (red: sərgi 1 mart ilə 6 mart arasında olacaqdı), başqa bir xarici ölkəyə gedəcəyini qeyd etdi. Biz sərginin sonuncu günündə, rəsm əsərlərinin divarlardan endirilən vaxt getməyimizə baxmayaraq, Hacı bizə vaxt ayıraraq sözlərinə belə başladı:

“Bu çox qədim elm və cərəyandır. Numerologiya və ya əbcədizm elminin bir neçə min il yaşı olar. İcad tarixi dəqiq bəlli olmasa da, qədim Misirdə, Yunanıstanda, finikiyalılarda, Hindistanda rast gəlinib;  həmçinin İslam dünyasında da buna rast gəlmək olur. Qədimdə rəqəm olmadığına görə, rəqəm anlayışını riyaziyyatda hərflərlə ifadə ediblər. Bəzi məlumatlara görə, sonradan 9 rəqəmli sistem Hindistandan İslam dünyasına keçir. Bundan sonra İslam dünyası riyaziyyat elmini geniş inkişaf etdirməyə başlayır. Ardınca müsəlman riyaziyyat alimləri bunu Qərbə və dünyaya ötürür. Qərb alimləri də bilir ki, rəqəm sistemi İslam dünyasından yayılmışdır.”

İlahiyyatçı rəssam İmam Əlinin (ə) “Haqla batilin fasiləsi dörd barmaq qədərdir” hədisindən ilhamlandığını deyir. “Mən hədis və ayələri, ilahi mesajları, mənəvi və fəlsəfi dəyərləri bu şəkillərlə çatdırmaq kimi boynuma vəzifə gəldiyini sanki hiss etdim. Bundan sonra  bizim klassik ədəbiyyatımızdan, fəlsəfi düşüncəmizdən tutmuş dini etiqadımızın ifadələri olan rəqəmlərlə tablolar işləyirəm. Onların özünün də rəmzləşmiş şəkildə fikirləri ifadə olunur ki, bu da tamaşaçılar üçün düşündürücü və davamlı, illərlə baxılacaq və hər dəfə yeni kəşf olunacaq, yəni orada rəqəmlərlə tapılacaq fikirlər ifadə olunur. Ümumiyyətlə, yaşadığımız aləm rəqəmsal bir aləmdir, rəqamsal sistemdir. Çalışıram ki, rəqəmlərlə bu  gözəllikləri rəssamlıqda yaradaq.”, -deyə Rizvan İsmayıl keçmişdə bəzi rəmzləri ifadə etmək üçün bu rəqəmlərdən geniş istifadə olunduğunu, padşahlar arasında gizli yazışma kimi və müxtəlif məqsədlər üçün yararlandığını bildirib.

 

Məsələn bu tablo (red:yuxarıdakı) – ip – həyat mənasını verir. Siçanlar ipi yeyir yəni insan həyatının dünyadakı sonu  yaxınlaşır, hər an ölümə gedir. “Ömürdən bir gün də getdi” adlı bu tabloya rəssam belə məna verir: Zamanımızda ən mühüm məsələlərdən biri də vaxt və zamandan maksimum istifadə edib faydalı işlər görmək, boş yerə puç etməmək mövzusudur. Əslində vaxtını dəqiq bölüb nizam intizamla yaşayan insanların, bəzən qısa ömürlərində necə böyük nailiyyətlər qazanması da yəqin ki elə buna görədir. Əziz dostlar, ağ siçanla qara siçan ömür kəndirimizi hər gün xırda-xırda gəmirərək naziltməkdədir…”

 

“Özündə səyahət” adlanan bu tablo haqqında rəssam belə deyir:  İnsan makroaləmin yığılmış, kiçildilmiş bir formasıdır. İnsan-kainat, kainat-insan. Göylərə səyahət etmək arzusunda olub sirli-sehirli aləmləri kəşf etmək eşqilə yanan insan, içəriyə dönüb öz kainatında seyrə-səyahətə çıxsa sirlərin üstündən pərdə götürərmi?

Bu tabloya rəssam bu adı qoyub; 4-cü Simfoniya -4 rəqəminin batinində necə dərin fəlsəfə uyuduğu haqqında məlumatlı insanlar bilir. 4 fəsil, 4 cəhət, 4 ünsür, 4 mələk, 4 İlahi kitab və s.

“Habil və Qabil” tablo haqqında rəssam deyir: “Mədəni insan yer üzündə öz həyatına start verdiyi ( təqribən 12 min il əvvəl) vaxtdan bu yana təəssüflər olsun ki,  qardaş qanı axıtmaq adət halını alıb. İnsan oğlu öz nəfsi və Şeytanla mübarizə etmək əvəzinə öz yaradılış qardaşları ilə çarpışır. Və əfsus ki bu proses gələcəkdə də davam edəcək. Hər dövranda Habil və Qabil qarşıdurması o zamana məxsus personajlarıyla özünü səhnədə göstərir…”

Rizvan İsmayıl Gürcüstanın Bolnisi rayonundakı Zolgüvəc kəndində anadan olub. 1990-cı ildə Əzim Əzimzadə adına incəsənət kollecini bitirib.

O, Təbriz və Qum şəhərlərində ali dini təhsil alıb. Hazırda Marneulidə yaşayır. Ölkənin tanınmış ilahiyyatçılarındandır.

Rəssamlığa yeni üslub gətirən ilahiyyatçı Hacı Rizvan İsmayılın Bakıdakı sərgisindən geniş reportaj – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button