Almaniyanın paytaxtı Berlin şəhərində Həzrət Zəhranın (s) mübarək mövludu və “qadın və ana günü” münasibəti ilə virtual mərasim keçiriləcək.
Berlinin İmam Əli (ə) İslam Mərkəzinin təşəbbüsü ilə keçiriləcək mərasim 2 fevral 2021-ci il, yerli vaxtla saat 19:00-da başlayacaq və “zoom” proqramı üzərindən canlı yayıma veriləcək.
Mərasimdə din alimi Höccətul-İslam vəl-müslimin Seyid Mahmud Musəvi çıxış edəcək və Əhli-Beyt (ə) məddahı Abbas Heydərzadə mədhiyyə və mövludnamə oxuyacaq.