Allah Rəsulu (s) buyurub ki, bu ayın hər anı rəhmətdir, bərəkətdir. Hətta oruc tutan möminin yuxusu belə ibadətdir.
Bu səbəbdən Ramazan ayına bərəkətli ay deyilir. Bu ayın hər gününün xüsui duası vardır ki, həcmcə kiçik görünsələr belə dərin mənası, böyük ehtivası vardır.
Ramazan ayının 2-ci gününün duası:
Bismillahir-Rahmanir-Rahim.
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi li-qiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini oxumaqda (Quran oxumaqda) mənə müvəffəqiyyət ver.
Sonsuz mərhəmətinə, rəhmətinə And verirəm, ey rəhm edənlərin ən rəhmlisi!