ArxivXəbər lentiXəbərlər
İran və Azərbaycan arasında hərbi komissiya yaradılır

İranın Bakıdakı səfiri yaxın gələcəkdə İran-Azərbaycan Respublikası birgə hərbi komissiyasının işə başlayacağından xəbər verib.
FaktXəbər-in məlumatına görə, səfir Möhsün Pak Ayin ATV kanalı ilə müsahibədə iki ölkənin hərbi həmkarlıqları genişləndirmə marağına toxunaraq bildirib ki, İran-Azərbaycan birgə hərbi komissiyası tərəflərin onun üzvlərini elan etmələrindən sonra öz fəaliyyətinə başlayacaq: “İki ölkə arasında müdafiə və təhlükəsizlik həmkarlıqları və regional təhlükəsizliyin qorunması üzrə fəaliyyət, birgə hərbi komissiyasının hədəflərindəndir.”
Pak Ayin həmçinin 2017-ci il Bakı İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə işarə edərək deyib ki, İran İslam Respublikası güclü və peşəkar bir heyətlə bu oyunlarda iştirak edəcək.