Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahı olduğunu demişdi. Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür.
Baqratyan öz növbəsində bu barədə nəsə əlavə izahat vermək niyyətində olmadığını bildirib: “Bizim atom silahı əldə etmək imkanımız var”. Az sonra isə o dediklərini redaktə edib və “Bizim atom silahımız var” deyə qeyd edib.
Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.