ArxivXəbər lentiXəbərlər
İlham Əliyev mart ayının 6-sı İrana gəlir- İranlı nazir

İran və Azərbaycanın iqtisadi həmkarlıq komissiyasının sədri İlham Əliyevin İrana səfərinin tarixini açıqlayıb.
Qafqaz.ir-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, bu barədə açıqlama verən İranın Maliyyə naziri Mahmud Vaizi bildirib: “Mart ayının 6-sı Azərbaycan prezidenti İlham Əliyevin Tehrana rəsmi səfəri baş tutacaq. Səfər çərçivəsində iqtisadi, ticari və siyasi həmkarlıqların artırılması barədə müzakirələr olunacaq. Terrorla mübarizə, bölgədə olan ortaq məsələlər də müzakirə olunacaq mövzulardandır.”