ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ramazanda səsucaldandan azana icazə verildi – ABŞ-da

ABŞ-ın Minneapolis şəhərində müqəddə Ramazan ayı ərzinə məscidlərə səsucaldanlardan azan səsləndirməyə icazə verilib.
Bu barədə şəhər şurası qərar verib.
Şura rəsmisi Camal Osman bildirib ki, səsucaldanları 07:00-22:00 aralığında qoşmağa icazə verilib.
“Azan dinimizin ən mühüm hissələrindən biridir. (Şəhər) şura(sı) Ramazanda onun (səsucaldanlardan) qoşulmasına icazə verib“, – deyə o qeyd edib.
Rəsmi deyib ki, həmin saat aralığı kilsə zənginin çalınmasına icazə verilən saat aralığıdır və bu, şəhər sakinləri arasında bərabərlik istiqamətində atılmış bir addımdır.