Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə keçiriləcək olan məhkəmə təxirə salınıb.
Qafqaz.ir Maide.Az-a istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
Vəkil növbəti məhkəmənin vaxtı ilə bağlı tezliklə məlumat veriləcəyini açıqlayıb.