Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bazar günü Tehranda İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi ilə görüşüb.
İRİB-nin verdiyi məlumata görə, Quluzadə bu görüşdə Tehranda keçirilən 24-cü beynəlxalq “Elecomp” elektronika, kompüter və elektron ticarət sərgisinin çox yüksək səviyyədə təşkil olunduğunu bildirib və deyib: Bu kimi sərgilərin təşkil edilməsi iranlı gənclərin yüksək elmi bacarığa malik olduğunu göstərir.
İranın rabitə və informasiya texnologiyaları naziri də bu görüşdə deyib: Bir neçə il öncə “Elecomp” sərgisi xarici təchizatlar və kompüter proqramları üçün satış mərkəzi idi. Bu gün isə yerli istehsalçıların öz məhsullarını təqdim etdiyi məkana çevrilib.
Bu görüşdə iki ölkə rəsmiləri arasında Azərbaycanda “start up”ın genişləndirilməsi üçün intensiv görüşlərin keçirilməsi qərara alınıb.