ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər
Puç olmuş arzu

فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ…
Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.(Bəqərə surəsi, ayə 38)
Qafqaz mədəniyyət mərkəz- Soruşdum: – Məğrib namazını qılmısanmı?
Dedi: – Klubda məşqlər çoxalıb. Heç bir işə vaxt olmur. Yarışların başlanmasına cəmi bir həftə qalıb.
Dedim: – Namaz neçə dəqiqə vaxt aparır? İmam Hüseyn (ə) buyurub: “Hər kəs Allaha itaətsizliklə öz arzusuna çatmaq istəyirsə, onun arzusu puç olacaq.”[1]
[1] . “Biharul-ənvar”, c. 75, səh. 120.