ArxivIslamXəbər lentiXəbərlər

Ramiz Manafov və Məhəmməd Ağayev sərbəst buraxılıb – YENİLƏNİB

Dünəndən etibarən redaksiyaya həbslərlə bağlı məlumat daxil olur.

İslamazeri.az-a verilən məlumata görə, dünəndən yoxa çıxdığı deyilən Ramiz Manafovun BMCMİ-ə aparıldığı məlum olub. Ailəsinin deməsinə görə, R.Manafov artıq sərbəst buraxılıb. Onun hansı səbəbdən saxlanıldığı bildirilmir.

Qeyd edək ki, Ramiz Manafovun yaxınları dünən axşam saatlarından onunla əlaqə yarada bilməyib. Bu səbəbdən ailə üzvləri DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat verib. Oğlu Vüsal Manafov DİN-in 37-ci polis bölməsinə çağırılıb.

Ramiz Manafov həbsdə olan islamçıların ailələrinə yardım etməklə tanınır.

Digər bir məlumat isə İraqın Nəcəf şəhərində dini təhsil alan Məhəmməd Ağayevin dünən (10 fevral) Azərbaycana gələrkən Astara sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyi bildirilib. Ailəsi bu gün səhər saatlarında Məhəmməd Ağayevin sərbəst buraxıldığını açıqlayıb. Nəcəf tələbəsi mərhum atasının yas məclisində iştirak etməsi üçün Azərbaycana gəldiyi məlumatda qeyd edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button