Silahlı hücum nəticəsində Müsavat Partiyası şəhər təşkilatının üzvü Dağbəyi Fərəcov və onun qızı Susana Karakaş ölüb.
Silahlı hücumda Fərəcovun xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş isə yaralanıb.
Silahlı hücum zamanı həmçinin Fərəcovların iki qonşusu da xəsarət alıb. Onların sahə polis müfəttişi Etibar Sarıyev və atası Mehman Sarıyevdən ibarət olduğu bildirilir.
Hücumçuların kim olduğu və hansı niyyətlərlə müxalifət üzvünü qətlə yetirdikləri barədə hələlik məlumat yoxdur.