ArxivXəbər lentiXəbərlər
Ramzan Kadırov: “İŞİD ABŞ və Qərb məhsuludur”

Çeçenistan prezidenti bəyan edib ki, İŞİD ABŞ məhsludur və İslamı gözdən salmaq üçün yaradılıb
Çeçenistan prezidenti Ramzan Kadırovun “instagram” səhifəsində paylaşdığı xəbərə görə, Ramzan Kadırov bəyan edib ki, İŞİD islamla gizli müharibə aparmaq üçün yaradılan ABŞ və Qərb məhsuludur.
O bildirib ki, dünyada islama qarşı elan edilməyən müharibə başlanılıb. Bu müharibənin təşəbbüskarlarıABŞ, Qərb və İŞİD-i yaradan digər ölkələrdir.
İŞİD-in əməllərinin məqsədi islam dinini içəridən parçalamaq və dünyada insanları islam dinindən üz döndərməyə məcbur etməkdir. İŞİD-in baş kəsməsi, insanları diri-diri yandırması, eyni ilə xas səhabələri öldürən və Peyğəmbər (s) nəvəsinin başını kəsənlərin yolunun davamçısı olduqlarını sübut edir.