Qafqaz.ir-ın “ria.ru”-ya istinadən verdiyi xəbərə görə, Çeçenistan rəhbəri Ramzan Kadırov terrorçularla bağlı təklif irəli sürüb. Ramzan Kadırov bildirib: “Mən təklif edirəm ki, həbs edilən terrorçuları “İblis Dövlətinin” mövqelərinə zərbələr ednirən Pilotsuz Uçan Aparatlara asıb və onları həmkarlarının başına atmaq lazımdır”. Bundan əlavə Çeçenistan rəhbəri xalqın A-321 təyyarəsində terror aktını törədənlərin harada və necə məhv edildiyi barədə məlumat verilməsinin zəruriliyini qeyd edib.