ArxivXəbər lentiXəbərlər
REAL üzvünün saxlanıldığı deyilir

REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloqqer Rahim Şaliyevin fevralın 20-də saxlandığı deyilir.
Onu Sumqayıt polisi tərəfindən tutulduğu bildirilir. Azadlıq Radiosu-nun xəbərinə görə, bu haqda hərəkatdan məlumat veriblər.
Məlumatda bildirilir ki, R.Şaliyev Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət edilib. Onu oradan Sumqayıt Baş Polis İdarəsinə aparıblar.
Hərəkatın məlumatına görə, R.Şaliyevə polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb və o, yaxın saatlarda məhkəməyə göndəriləcək.
ReAL təşkilat üzvünə qarşı irəli sürülən ittihamları qəbul etmir.
Polis idarəsindən bloqqerin saxlanması xəbəri təsdiq edilməyib.