Türkmənistanın Türkmənbaşı şəhərində İran, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
Tədbirdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçirib.
Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.