AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər
Robert Köçəryanın Xankəndiyə səfəri və Bakının mənalı sükutu

Qafqaz Həqiqətləri – Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndiyə səfəri İlham Əliyevin sərt reaksiya və etirazı ilə qarşılandı. Lakin Moskvada üçtərəfli görüşdən sonra son günlərdə Ermənistanın sabiq prezidenti və Qarabağ separatçılarının rəhbəri Robert Köçəryan da Xankəndiyə səfər edib, qondarma Qarabağ Respublikasının milli təhlükəsizlik şurasının iclasını keçirib. İclasın detalları barədə hələ ki, qırağa heç bir məlumat sızmayıb, lakin müəllifin fikrincə, Köçəryanın təşəbbüsü ilə keçirilən xüsusi iclasın məzmunu bəllidir. Burada heyrətli və düşündürücü məsələ isə Əliyevin və Bakı rəsmilərinin Azərbaycanın milli suverenliyinin Qarabağda pozulması sayılan bu səfərə münasibət bildirməmələridir. Digər məsələ isə bu səfərin Moskvada Putinin rəhbərliyi ilə baş tutan üçtərəfli görüşdən sonra baş tutmasıdır.
Qarabağ bölgəsinin hələ də erməni separatçılarının nəzarətində qalmasına, Rusiyanın neçə minlik sülhməramlı qüvvələrinin atəşkəsə nəzarət etmələrinə, başqa sözlə, Qarabağ ermənilərinin qorunmasını öhdələrinə almalarına diqqət etməklə, atəşkəs bəyanatının imzalanmasından sonra Qarabağda bir sıra qanun pozuntuları həyata keçmişdir. O cümlədən:
-
Ermənistan rəsmilərinin Bakıdan icazə almadan Qarabağa səfər etmələri;
-
Ermənistan milli silahlı qüvvələrinin Qarabağdan çıxmaması;
-
Rus qüvvələrinin istifadə etməsi bəhanəsilə Xankəndi aeroportunun qeyri-rəsmi şəkildə işə başlaması;
-
Qondarma Qarabağ hökumətinin 10 nazirliyindən ibarət nazirlər heyətinin təşkili;
-
Xocalı soyqırımı əməliyyatının komandiri Balasanyanın qondarma hökumətin ali milli təhlükəsizlik şurasının sədri vəzifəsinə təyin edilməsi.
Bütün bunlar bir növ Azərbaycan Respublikasını saymamaqdır. Yuxarıda qeyd olunanlar sübut edir ki, ermənilər Bakı ilə dinc şəkildə birgəyaşayışı qəbul etmək fikrində deyillər, həm də Azərbaycan prokurorluğunun barələrində cinayət işi açdığı Balasanyan və Harutyunyan Qarabağda hakimiyyət başındadırlar. Belə adamlarla razılaşma və anlaşma gözlənilirmi? Moskva görüşündən sonra Əliyev baş vermiş hadisəyə etiraz etməmklə, Köçəryanın Xankəndiyə səfəri üçün yol açdı. Əliyev Moskvaya səfər etməzdən əvvəl bir neçə dəfə Köçəryanın əleyhinə çıxış etmişdi, onu cinayətkar və Azərbaycan xalqının qatili adlandırmışdı, lakin Moskva görüşündən sonra sükut etdimi?
Moskvada Əliyev yaxşı başa düşdü ki, Rusiya Qarabağ ermənilərinin hamisidir və Bakı zamanı idarə etməklə böhranın həlli istiqamətində irəli getməlidir.
Putinin erməniləri dəstəkləməsini və Əliyevin mövqe sərgiləməməsini sübut edən faktlar:
-
Putin 48 min köçkün erməninin Rusiyanın köməyi ilə Xankəndiyə köçürüldüyünü dedi, lakin Qarabağdan köçkün düşmüş azərbaycanlıların taleyi və onların nə vaxt qayıdacağı barədə heç bir söz demədi.
-
Rusiya hökuməti 10 noyabr bəyanatının əksinə olaraq Qarabağ ermənilərinə humanitar yardım göndərir. Bunun Qarabağ ermənilərini gücləndirməkdən başqa bir mənası varmı?
-
Paşinyan Moskva görüşündə elan etdi ki, Minsk qrupunun fəaliyyəti davam etməlidir. Çünki Minsk qrupu həmişə ermənilərin xeyrinə işləmişdir. Ölkəsinin də Fransa və Amerika ilə birlikdə ATƏT-in Minsk qrupunun üzvü olan Putin bildirdi ki, razılaşma və baş tutmuş işlərin detallarını Minsk qrupu ilə bölüşəcək. Lakin Əliyev Minsk qrupu barədə qətiyyən bir cümlə də danışmadı və məlumdur ki, Minsk qrupunun 26 illik fəaliyətindən narazıdır. Amma narazılıq ifadə etməsi Rusiyanı da hədəfə aldığından Putinin yanında öz narazılığını bildirmədi və sükutla kifayətləndi.