Beyt-Şean məntəqəsində yerləşən Jalbu həbsxanasından altı fələstinli qaçmağa müvəffəq olub. Məlumata görə onlar qazdığı tunel vasitəsilə həbsxanadan qaça biliblər. İsrail polisi və təhlükəsizlik qüvvələri həyəcan siqnalı çalıblar. Məntəqədə İsrail qüvvələri hazır vəziyyətə gətirilib. Qaçan fələstinli məhbusların tapılması üçün bölgəyə PUA-lar da cəlb edilib. Qeyd edək ki, İsrail həbsxanalarında altı minə yaxın fələstinli var. qafqaz.ir