ArxivIslamXəbər lentiXəbərlər

Rövşən Əhmədzadə: “Allahı uşaqlara necə sevdirək?”

“İman və Əqidəvi tərbiyə” 8-ci hissə 
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
İctimai həyatda tərbiyə ən zəruri məsuliyyətlərdəndir. Təbii ki, insanları tərbiyə işinə maraqlandırmaq da zəruridir. Bundan əlavə tərbiyənin öz üsulları var və bu işdə İslam təlimləri aparıcı xətdir.
İslam inqilabının əziz Rəhbəri buyurur: “Uşaq və yeniyetmələri dərin imanla yetişdirmək lazımdır. İmansızlıq gənc nəsil üçün ən böyük bəladır. Təlimi tərbiyədən ayırmamalı və hər ikisi birgə olmalıdır.”[1] Yenə də buyurur: “Tərbiyə insanı təlimdən öncə hərəkətə gətirir. Əgər tərbiyə olmasa, insanın məlumatları ona kömək etməz.”[2]
Tərbiyə uşaq yaşlarından başlayır. Körpə ağ vərəqə bənzədilir. Yaş keçdikcə insanın tərbiyəsi çətinləşir. Buna görə də dinimiz, uşaq yaşından insanın tərbiyəsini zəruri sayır.
Uşaq və yeniyetmənin iman tərbiyəsi, onun Allaha şövq olunması mənasındadır. İmanın zatı, meyl və bir səmtə axın deməkdir. İmam Rzanın (ələyhissalam) bir bəyanına görə imanın üç mərhələsi var:
Qəlbi əhd və əlaqə. Yəni, Allaha, Onun Kitablarına və Peyğəmbərlərinə inam.
Dilin təsdiqi. Yəni, dua və zikr etmək, namaz qılmaq, Quran oxumaq və s.
Bədən üzvləri ilə əməl. Yəni, İlahi əmrləri əməli surətdə yerinə yetirmək.[3]

[1] Müəllimlərin İslam birliyinin üzvləri ilə görüşdən: 1984.

[2] Ölkənin müşavirə qurumlarının tərbiyəvi müavinlərinin keçirdiyi seminarın iştirakçıları ilə görüşdən: 1985.

[3] “Əl-hədis”, c. 1, səh. 302. Muhəmməd Təqi Fəlsəfi.
Beləliklə, iman – insanın ruhu və hissləri ilə əlaqədə olub meyl və üz tutmaq mənasındadır. İnsan bu yolla Allahla rabitə qura bilər. Əməlsiz imanın heç bir faydası yoxdur. Ona görə də iman, bu üç mərhələdən təşkil olunub və bunlardan qəflətdə olmaq uşağın imanının tərbiyəsində nöqsan əmələ gətirir.
Əqidəvi tərbiyədə isə uşaqların köklü suallarına cavab verilir. Onlar əşyanın başlanğıc və səbəbini araşdırırlar. “Asimanı kim düzəldib?” deyə cavabını tapmaq istəyirlər. Düşüncə inkişaf etdikcə daha da üstün suallar verməyə çalışırlar. “Mən haradan gəlmişəm?”, “gəlməyimin faydası nədir?”, “hara gedirəm?” və s.
Uşaq öz əslinə (Allaha) bağlıdır və Onun haqqında çox bilmək istəyir. Uşaqlığından belə məsələlərlə tərbiyə olan övlad, gələcəkdə ona hücum edən mənfi düşüncələr qarşısında az zərbə görər.
Uşaq və yeniyetmənin əqidəvi tərbiyəsinin ən mühüm ünvanları belədir:
1-Allahı tanımaq: Yəni, Allahı və Onun sifətlərini tanıtdırmaq, həmçinin yaradılışda İlahi ədalət, İlahi imtahan və bəlaların fəlsəfəsinin bəyanı.
2-Yolgöstərəni tanımaq: Yəni, Peyğəmbərlərin (ələyhimussalam) və İmamların (ələyhimussalam) fəaliyyətlərini tanımaq.
3-Məad və özünü tanımaq: Yəni, Allaha qayıdış və insanla Allah arasında olan rabitə.
Bunların arasında birinci ünvan köklü əhəmiyyətə malikdir və uşaqların araşdırmaları da ən şox bu sahəyə aiddir.
Əqidə uşağın fikrinə, iman isə onun qəlbinə aiddir. Əqidə görmə, iman isə meyldən ibarətdir. Əqidə bəhsində uşaq, Allah haqqında soruşur, iman bəhsində isə valideyn münasib rəftar və yollarla imanı uşağın qəlbində çiçəkləndirir. Əlbəttə, əgər birinci mərhələdə (əqidə) Allahı uşağa düzgün tanıtdırsaq, sonrakı mərhələ (iman) üçün bu yolu az da olsa, hamarlamış olarıq.
Bunların hər biri üstün xüsusiyyətə malik olub uşağın inkişafına səbəb olur. Görəsən, hansı daha davamlı və möhkəmdir?
İslam inqilabının əziz Rəhbəri buyurur: “İnsana nicat verən, hərəkətə gətirən və həyat meydanında köməyinə çatan iman mərifətidir. İmandan məhəbbət, cazibə, eşq hasil olur. Əbuzər müsəlman olanda İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) ona nə nizam bürhanını bəyan etdi, nə də Allahın varlığını, yaxud Təkliyini sübut etdi. Əksinə, Həzrət Öz cazibəli
bəyanı ilə imanı Əbuzərin qəlbinə saldı. Amma istidlal, insanın söykənəcək sütunudur və bu da insanın xəyalını həmişə vəsvəsələrdən uzaqlaşdırır.”[1]
QURANİ-KƏRİMDƏ ƏQİDƏVİ TƏRBİYƏ
Dini inanclar həyatda mühüm rol oynayır və ona məna bəxş edir. Mənasız həyat, cisimsiz bədənə və boş sözə bənzəyir. İman və əqidə bizim rəftar, ədəb, ruhiyyə və mehribanlığımızda zahir olur. Quran buyurur:
قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ
«De: Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir).»[2]
İnsanın inancı, onun həyatında mühüm rol oynadığı üçün onun şəxsiyyəti əqidə və inancına əsasən formalaşır. Aparılan təhqiqatlar nəticəsində əqidəsi möhkəm və davamlı olan şəxslər sağlam həyat tərzi sürürlər. Əgər uşaq və yeniyetmənin ilk illəri düzgün inanclarla düyünlənsə, onda biz onları çətinliklər, müsibətlər və gələcək həyatında olan şübhələr qarşısında duran əsgər kimi silahlandırmış olarıq. Belə olduqda isə onların həyatı möhkəm arxa və söykənəcək üzrə qurular.
Allah-təalanın nazil etdiyi müqəddəs Kitabda önəmli ayələr tovhid haqqındadır. Qurani-Kərim bu əsasa əhəmiyyət verdiyi üçün ayələr arasında saleh insanların tərbiyəsindəki roluna təkid edir. Hikmət verilən şəxslərdən biri də Loğmandır. Mutəal[3] Allah Qurani-Kərimdə onu yaxşılıqla yad edir. Zikr olunan cərəyanlar boyu onun öz övladına etdiyi bir sıra nəsihət və sifarişləri araşdırsaq, təlim-tərbiyə haqqında mühüm nöqtələr əldə edərik. O, tərbiyə mövzusunda tovhid və məad kimi məsələlərdən əlavə əxlaq, əmr be məruf və nəhy əz münkər kimi ictimai məsələlərə də yer verir.
Loğmanın tərbiyəsində Allaha şərik qoşmamaq və Onu yeganə bilmək ən mühüm mövzular sırasındadır. “Loğman” surəsinin 13-cü ayəsində buyururlur:
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيم
»Və (yadına sal) o zamanı ki, Loğman oğluna nəsihət edərkən dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki ən böyük zülm, şirkdir».
Loğmanın tərbiyə mövzusunu Allahın yeganəliyi ilə başlamasını müşahidə edirik. Bu tərbiyə mövzusunda mühüm bir nöqtəni, yəni Allahı tanımaq tərbiyə proqramının başlığı olmasını göstərir. Çünki İslamın baxışında Allaha şərik qoşmaq bütün əyri yolların əsası və yeganə bağışlanmayan günahdır. Bu üzdən də Loğman, öz tərbiyə üsulunun elə ilk addımından bildirmək istəyir ki, insan həyatı boyu hətta bir göz qırpımı qədər şirk damına düşməməlidir. Müasir dövrümüzdə isə yeni şirk forması üzə çıxıb bəşəri tələyə salmışdır. Belə ki, əxlaqi və tərbiyəvi məsələlər, iqtisadi və maddi məsələlərin təsiri altına düşmüşdür.
Qurani-Kərimin nəzərində valideynlər öz övladlarını Loğman sayağı Allahla tanış etməlidirlər. Əlbəttə, uşaqlarda Allahı axtarmaq fitrəti, valideynlərin işini asanlaşdırıb. Sadəcə onlar uşaqların qəlbində tovhid toxumunu əkib övladlarını Allaha yönəltməlidirlər.
Loğman öz nəsihətlərində Allah-təalanın müxtəlif sifətlərinə, o cümlədən həyatımızın gizli və aşkar yerlərindəki hüzuruna da işarə edir. Yəni Uca Allahın insanı hər an gördüyünü yadımıza salır.
Tərbiyənin əsas üsullarından biri də məada inamı uşaq və yeniyetməyə öyrətməkdir. Dünyada baş verən ictimai əyriliklər məhz bu inancın vasitəsilə cəmiyyətdən təmizlənir. Məada inanmaqla heç kəs başqasının haqqına təcavüz etmir, ehsan, bağışlam

[1] “Xatirələr və hekayələr”, c. 1, səh. 19.

[2] “İsra” surəsi, ayə 84.

[3] Uca.
sifarişləri araşdırsaq, təlim-tərbiyə haqqında mühüm nöqtələr əldə edərik. O, tərbiyə mövzusunda tovhid və məad kimi məsələlərdən əlavə əxlaq, əmr be məruf və nəhy əz münkər kimi ictimai məsələlərə də yer verir.
Loğmanın tərbiyəsində Allaha şərik qoşmamaq və Onu yeganə bilmək ən mühüm mövzular sırasındadır. “Loğman” surəsinin 13-cü ayəsində buyururlur:
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيم
»Və (yadına sal) o zamanı ki, Loğman oğluna nəsihət edərkən dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki ən böyük zülm, şirkdir».
Loğmanın tərbiyə mövzusunu Allahın yeganəliyi ilə başlamasını müşahidə edirik. Bu tərbiyə mövzusunda mühüm bir nöqtəni, yəni Allahı tanımaq tərbiyə proqramının başlığı olmasını göstərir. Çünki İslamın baxışında Allaha şərik qoşmaq bütün əyri yolların əsası və yeganə bağışlanmayan günahdır. Bu üzdən də Loğman, öz tərbiyə üsulunun elə ilk addımından bildirmək istəyir ki, insan həyatı boyu hətta bir göz qırpımı qədər şirk damına düşməməlidir. Müasir dövrümüzdə isə yeni şirk forması üzə çıxıb bəşəri tələyə salmışdır. Belə ki, əxlaqi və tərbiyəvi məsələlər, iqtisadi və maddi məsələlərin təsiri altına düşmüşdür.
Qurani-Kərimin nəzərində valideynlər öz övladlarını Loğman sayağı Allahla tanış etməlidirlər. Əlbəttə, uşaqlarda Allahı axtarmaq fitrəti, valideynlərin işini asanlaşdırıb. Sadəcə onlar uşaqların qəlbində tovhid toxumunu əkib övladlarını Allaha yönəltməlidirlər.
Loğman öz nəsihətlərində Allah-təalanın müxtəlif sifətlərinə, o cümlədən həyatımızın gizli və aşkar yerlərindəki hüzuruna da işarə edir. Yəni Uca Allahın insanı hər an gördüyünü yadımıza salır.
Tərbiyənin əsas üsullarından biri də məada inamı uşaq və yeniyetməyə öyrətməkdir. Dünyada baş verən ictimai əyriliklər məhz bu inancın vasitəsilə cəmiyyətdən təmizlənir. Məada inanmaqla heç kəs başqasının haqqına təcavüz etmir, ehsan, bağışlamaq, canından və malından keçmək insanın həyatına sevinc bəxş edir.
Loğman sonrakı addımında məada və Qiyamət gününə inam məsələsinə təkid edir. Övladına xitab edərək buyurur:
يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ
«Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya Yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah Lətifdir (ən incə şeyləri Bilən və hər şeydən), Xəbərdardır.»[1]
Sonrakı addım əməli tərbiyədir. O, bu üsula işarə edərək, namaz çərçivəsində Allahla necə danışıb rabitə qurmağı övladına sifariş edir:
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et! Sənə yetişənə (çətin hadisələrə) döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir.»[2]
Loğman övladının tərbiyəsində bir çox mühüm nöqtələrə toxunur. O cümlədən, mülayim rəftar və danışıq, dəlil gətirmək, işin aqibətinə diqqət, təkəbbürdən uzaqlıq, Allahın yeganəliyi, Allahı həmişə nazir bilmək, Allahla həmişəlik və mənəvi rabitə, sonrakı mərhələdə ictimai məsələlər və uşağın başqaları ilə rabitəsi, çətinliklər qarşısında əsməmək kimi bəhslərə işarə edir. Başqa bir ayədə buyurur:
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

[1] “Loğman” surəsi, ayə 16.

[2] “Loğman” surəsi, ayə 17.
«Camaatdan təkəbbürlə üz çevirmə və Yer üzündə lovğa-lovğa yerimə! Allah, özündən razını və lovğalanıb fəxr edəni sevməz.»[1]
Yaxud:
وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِن صَوْتِكَ إِنَّ أَنكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ
«Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt, çünki ən pis səs ulaqların səsidir.»[2]
Loğmanın bəyanında uşaq tərbiyəsinə aid münasib yollar və bildirişləri yada salaq:
1-Şirk ən böyük təhlükədir. Allah-təala üçün bütün dünya əhəmiyyətsiz bir şey, şirk isə böyük zülmdür. Yəni insan bütün dünyanı almaq müqabilində belə şirkə yol verməməlidir.
2-Atanın övlad qarşısındakı vəzifələrindən biri moizədir.
3-Öz moizələrimizi dəlil və məntiq əsasında bəyan edək.
4-Moizə hikmət əsasında olmalıdır.
5-Övlad nəsihətə ehtiyaclıdır. Övladlarımızdan xəbərsiz qalmayaq.
6-Təbliğə öz yaxınlarımızdan başlayaq.
7-Övlad tərbiyəsində ən düzgün yollardan biri övladla səmimi söhbətdir.
8-Moizənin təsir şərtlərindən biri qarşı tərəfin şəxsiyyətinə hörmətdir.
9-Haqqa çağırış və moizədə əsas məsələləri önə çəkək.

[1] “Loğman” surəsi, ayə 18.

[2] “Loğman” surəsi, ayə 19.
10-Övlad tərbiyəsinin üsullarını böyüklərdən öyrənək.
11-Moizə zamanı öncə dinləyicinin diqqətini cəlb edək.
12-Övladı namaza dəvət etmək valideynin vəzifələrindəndir.
13-Övladlarımızın agahlığını, yaxşı və pis işləri tanıyacaq həddə çatdıraq.
14-Doğru yolda olmaq bəs etmir, başqalarını da bu yola dəvət etmək lazımdır.
15-İstər müsəlman, istərsə də qeyri-müsəlmanla xoş rəftar edək.
16-İslam kompleks bir dindir. Bu dində hətta yerişlə bağlı göstərişlər vardır. Yol yeriyərkən belə təkəbbürlə yerimək qadağandır.
17-Bütün işlərimizdə orta həddə riayət edək, ifrat və təfritdən isə uzaq olaq.
18-Səsimizi qaldırmayaq, yersiz fəryadlardan çəkinək, yumşaq və aram danışaq.[1]
[1] “Nur” təfsiri, “Loğman” surəsinin təfsirində, ustad Möhsin Qiraəti.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button