ArxivIslamXəbər lentiXəbərlər
Rövşən Əhmədzadə; “Allahı uşaqlara sevdirək” kitabından

- “VALİDEYİNİN MƏSULİYYƏTİ” 7-ci hissə
Bağışlayan və mehriban Allahın adı ilə
Uşaq, Allah-taalanın əmri ilə maddə və dünya aləminə gəldiyi zamandan müqəddəs İslam dini, valideynlərin öhdəsinə ağır vəzifə və məsuliyyət qoyur. Onlar, ilk növbədə məsuliyyətlərni tanımalı, ikinci növbədə isə bu vəzifələri yerinə yetirməkdə Allahdan fürsət tələb etməlidirlər.
İmam Səccad (ələyhissalam) “Səhifeyi Səccadiyyə” kitabında övladları üçün dua etdikdə belə buyurur: “İlahi! Mənə övladlarımın ədəbli və tərbiyəli olmasında, həmçinin onlara yaxşılıq etməkdə kömək ol!”
Bu cümlələrlə məlum olur ki, övlad tərbiyə etmək çox ağır işdir. Bu işdə hamı, Allah-təaladan kömək diləməlidir.
Körpə üçün ilk təsiredici mühit, şübhısiz ki, ailədir. İstənilən bir mühitdə tərbiyə, tədricən həyata keçir. Uşaq, tədrici şəkildə müəyyən xüsusiyyətlərə yiyələnir. İnsani və İlahi dəyərlər onda gizli şəkildədir. Övlad tərbiyə olunduqda bu istedadlar çiçəklənib özünü göstərir.
Uşaq vaxtı heyvani qüvvələrin cilovlanması asan, lakin uşaqlıq dövründən sonra tərbiyə çox çətindir! Ailə mühitində tərbiyə olmayan uşaqda azğın nəfs qüvvələri güclənir. Deyirlər, arxın qarşısı bellə alınır. Amma uşaq vaxtı insan tərbiyələnməsə, buluğ həddinə çatanda onun qarşısını bellə də almaq olmur!
İslam baxışında insanın bədən və ruhu birgə inkişaf etdirilməlidir. Fiziki tərbiyə, ruhi tərbiyə üçün hazırlıqdır. Bu hazırlıq zaman baxımından birincilik mənasında deyil. Bunların hamısı bir zamanda baş verir. Bir müsəlman üçün günün və həyatın başlanması hər ikisi ilə birgə olmalıdır. Bədən və ruh həyatın bütün mərhələlərində birgədir. Sözsüz ki, bu dövrün başlanğıcı həddi-buluğ dövrünün əvvəlindəndir.
Tarixin hər bir dövründə bütün cəmiyyətlərdə insanları düşündürən, narahat edən bir sıra suallar olub və bundan sonra da olacaq: Övladlarımızı necə tərbiyə edək? Uşaqları necə böyüdək ki, vicdanlı, əməli-saleh və cəmiyyət üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf gətirsinlər?
Bu sualların cavabını tapmaq üçün indiyə kimi minlərlə əxlaq kitabı yazılıb, tövsiyələr edilib. Övlad tərbiyəsinin ən mühüm cəhətlərini hər alim fərqli şəkildə görüb. Amma hamının razılaşdığı bir fikir var. O da bundan ibarətdir ki, övlad tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi oynayır. Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-analarını təqlid[1] etməyi xoşlayırlar. Dəfələrlə öz uşaqlarımızın dilindən eşitmişik ki, onlar da böyüyəndə bizə oxşamaq istəyirlər. Məsum körpənin qəlbindən süzülən bu fikir (valideynə bənzəmək arzusu) həm də valideynə öz məsuliyyətini xatırlatmaq üçün bir xəbərdarlıqdır.
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Bilin ki, hamınız gözətçisiniz və gözətçi olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız. Belə ki, İslam hökumətinin başçısı bütün camaatın gözətçisidir və buna görə də o, məsuliyyət daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna görə məsuliyyət daşıyır. Qadın da həmçinin ailəsinin gözətçisi və məsuliyyət daşıyanıdır. Agah olun! Hamınız məmursunuz və məmur olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız.”[2]
يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ قُواْ أَنفُسَكمُ وَ أَهْلِيكمُ نَارًا وَقُودُهَا النَّاسُ وَ الحْجَارَةُ عَلَيهْا مَلَئكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُون
[1] Onlar kimi olmağı, onlara oxşamağı.
[2] “Təfsire-nemune”, c. 24 , səh. 307.
«Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan atəşdən (Cəhənnəmdən) qoruyun! Qəliz (işləri dəqiq tutan) mələklər onların üstündə gözətçidirlər. (Onlar) Allahın əmrindən boyun qaçırtmaz və buyurulan hər bir əmri (düzgün) yerinə yetirərlər.»[1]
Bu ayə nazil olandan sonra müsəlmanlardan biri ağlamağa başladı. Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) səbəbini soruşanda dedi: “Mən vəzifəmin müqabilində bacarıqsız idim, indi isə ailəmin məsuliyyəti də boynumdadır!” Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Sənin məsuliyyətin onları vəzifən olduğu şeylərə əmr[2] və nəhy[3] etməyindir və bu kifayətdir. Əgər qəbul etsələr, onları Cəhənnəm atəşindən qorumuş olursan, əks halda (bil ki, boynuna düşən) vəzifəni yerinə yetirmisən.”[4]
Ata-ana öz övladını necə görmək istəyirsə, onun gözləri qarşısında özü də o cür görünməlidir. Valideyn bir güzgüdür, amma elə bir güzgüdür ki, ona baxan və ondan öyrənən uşağı dəyişdirmək, özü kimi etmək gücünə malikdir.
Valideynin mütləq riayət etməli olduğu bir çox cəhət vardır. Amma onların hər biri barəsində ayrı-ayrılıqda yazmağa kitabın həcmi imkan vermədiyi üçün yalnız bir məqamı yada salmaq istəyirik:
Valideyn heç zaman uşağa yalan danışmamalıdır, heç zaman özü tərsinə etdiyi bir işi ondan tələb etməməlidir. Hətta uşağa hər hansı mükafat vədəsi verərkən belə, diqqətli olmaq lazımdır ki, bu vədəyə xilaf çıxmasın. Uşaq ata-anadan yalan görərsə, həm qəlbi onlardan sınar, həm də onun özündə yalançılıq xasiyyəti yaranar. “Axı yalan danışmaq pis iş olsaydı, onun nümunə kimi qəbul etdiyi valdieynlər bunu etməzdilər.”
[1] “Təhrim” surəsi, ayə 6. [2] Yaxşı işlərə dəvət. [3] Pis işlərdən çəkindirmək.
[4] “Nurus-səqələyn”, c. 5, səh. 372.
Səhabələrdən Abdullah ibni Amir deyir: “Bir gün Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) bizim evimizə gəlmişdi. Bu zaman anam məni çağırıb dedi: Tez yanıma gəl, gör sənə nə verəcəyəm. Həzrət anamın sözlərini eşidəndə soruşdu: Uşaq gələndən sonra ona nə verəcəksən? Anam cavab verdi: Bir xurma verməyi düşünürdüm. Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: Əgər ona heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı.”[1]
İmam Səccadın (ələyhissalam) buyurur: “Övladın haqqı budur ki, biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Sən ona yaxşı tərbiyə, yol göstərmək, Allah-təalaya və sənə itaət etməkdə, məsul və öhdədarsan. Sonra əgər bu vəzifəni yerinə yetirsən, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Bəs, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan! Axirətdə ondan yaxşı himayət etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allahın gücü kimi heç bir güc yoxdur![2]
Bu hədisdə övladların hüquqları barəsində xatırladılan məsələnin xülasəsi bunlardır:
1-Valideyn unutmamalıdır ki, övladı ona bağlıdır. Həmçinin xeyir və şəri onunla əlaqədardır.
2-Övladın yaxşı ədəblə tərbiyəsi və Allaha itaət etməsinə tərəf yönəldilməsi də valideynin vəzifəsidir.
3-Valideyn övladının əməllərinin təsirləri barəsində qəflətdə olmamalıdır. Çünki, əgər yaxşı iş görərsə, valideynə savab, pis iş görərsə, ona da əzab gələr.
4-Valideyn övladını elə böyüdüb başa çatdırmalıdır ki, Qiyamətdə Allahın müqabilində həm övladı, həm də özü üzünü ağa çıxara bilsin.
Uşağın əməli-saleh olması üçün ən mühüm və təsirli yol valideynin öz nümunəvi əməli ilə onu yaxşılığa və xeyirə dəvət etməsidir. Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsə, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir təsiri olmayacaq. Əgər ana, ataya hörmət göstərməyi uşaqdan tələb edirsə, amma özü evdə əri ilə kobud
[1] “Sunənu Əbu Davud”, hədis 4991.
[2] “Şərhe resaleye hoquq”, Qudrətullah məşayixi, 24-cü bölmə.
davranırsa, təbii ki, onun dediklərinin uşağa heç bir faydası olmayacaq. Ata halal-haramı gözləmək barədə uşağa hər gün nəsihət verirsə, amma özü küçədə pul tapıb onun gözü qarşısında mənimsəyirsə, uşaq bu barədə nə düşünəcək?
Yalnız valideyn deyil, uşağın tərbiyəsi və təlimi ilə məşğul olan hər kəs öz davaranışına diqqət yetirməli, uşaq tərəfindən izləndiyini unutmamalıdır.
Rəvayətdə deyilir: “Bir gün ana öz uşağını Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) yanına gətirib Həzrətdən belə bir xahiş edir: Mənim oğlum xurma yeməyi çox xoşlayır. Amma görürəm ki, xurma onun sağlamlığına mənfi təsir göstərir. Sizdən xahiş edirəm, oğluma tapşırın ki, xurma yeməsin. O, Sizi çox sevir, əgər Siz ona tapşırsanız, sözünüzdən çıxmaz. Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) uşağa heç nə demir və anadan xahiş edir ki, uşağı sabah gətirsin. Ertəsi gün gələndə Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) üzünü uşağa tutub buyurur: Xurma sənin üçün ziyandır. Bundan sonra xurma yemə! Hadisəni təəccüblə seyr edən ana soruşur: Ey Allahın rəsulu! Əgər məsələ bununla bitirsə, niyə bu sözləri dünən buyurmadınız?” Allahın rəsulu (salləllahu ələyhi və alihi və səlləm) mehribanlıqla cavab verir: “Dünən mən özüm də xurma yemişdim, fikirləşdim ki, bu halda sözümün təsiri olmayacaq. Bu gün isə xurma yemədim ki, uşaqdan bunu istəməyə haqqım olsun.”[1]
Bəzən kiçik saydığımız, düşüncələrinə əhəmiyyət vermədiyimiz övladlar bizim nöqsanlarımızı özümüzdən də yaxşı görürlər və bunun əsasında onların zehnində bizim haqqımızda təsəvvür yaranır. Ayıq-sayıq olmalıyıq ki, öz səhv hərəkətlərimiz və yalanlarımızla uşağın yanındakı etibarımızı itirməyək. Eynilə aşağıdakı əhvalatda olduğu kimi:
“Bir gün padşah bir alimi saraya dəvət edir. Nahar vaxtı çatanda alim həmişəkindən az yemək yeyir ki, onun təqvasına şübhə etməsinlər. Namaz vaxtı çatanda isə həmişəkindən daha artıq ibadət edib namazın vaxtını uzadır. Saraydan evə qayıtdıqdan sonra alim ailəsinə bildirir ki, acdır və yemək istəyir. Bu zaman oğlu soruşur: “Ata, məgər sarayda yemədinmi?” Alim cavab verir: “Yedim, amma az yedim ki, padşah mənim haqqımda pis fikrə düşməsin.” Oğlu deyir: “Onda dur, sarayda qıldığın namazı da təzələ, çünki yeməkdə olduğu kimi namazda da riya etmisən.”
İslam təfəkküründə insan həyatının məqsədi dünyada və axirətdə qurtuluşa və səadətə nail olmaqdır. İlahi tərbiyəni qəbul edən, İlahi ədəblərlə zinətlənən insan doğru yola da çatar. İnsan öz mənəvi aləmini zənginləşdirmək istəsə və qəlbini işıqlandırmaq qərarına gəlsə, zahirdən başlayıb batinə getməlidir. Peyğəmbərlərin məktəblərində təlim-tərbiyənin ardıcıllığı belədir.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi valideynlər dünyaya qapılaraq övladlarını özbaşına buraxmış, vacib və müqəddəs bir vəzifə sayılan övlad tərbiyəsinə etinasız yanaşaraq onların yalnız maddi yönümünü düşünür və bunun həlli üçün çarə axtarırlar. Onlar uşağı yedirib-içirtmək, geyindirmək, məktəbə yola salmaq və xəstələnəndə dadına çatmağı ön plana salır, daha övladının mənəvi yönümü ilə maraqlanmır və Allahın əmanətini İslam qaydalarına uyğun tərbiyə etmək barədə düşünmək belə ağıllarına gəlmir. “Vəhşi heyvana təlim vermək olursa, nə üçün canlı insana etinasız yanaşmalıyıq”?!
ATƏŞDƏ YANAN VALİDEYNLƏR
Uşaq və yeniyetmələrin əxlaqi tərbiyəsi bütün ölkə və cəmiyyətlər üçün əhəmiyyətlidir. Müasir dövrümüzdə yaşayan bəzi yeniyetmələrin tərbiyəsinə nəzər saldıqda İslamdan necə də uzaq olduqları açıq-aşkar gözə dəyir. Onların insanlıqdan kənar olan mənfi hərəkətləri qəlbləri sızladır. Təhsil ocaqlarında qız və oğlanların arasında baş verən şəhvətpərəstlik, əxlaqsızlıq, söyüş, oğlanların qız üstündə bir-biri ilə çəkişməsi, valideynlərə, müəllimlərə və böyüklərə hörmətsizlik, kiçiklərə isə zülm olunması, narkotik maddələrdən, qumar və spirtli içkilərdən istifadə edilməsi, televiziya vasitəsilə əxlaqsız şou və filmlərə tamaşa, evə gec gəlmə halları və sairə cinayətlərin törədilməsi bariz nümunələrdəndir.
Əlbəttə ki, bu cinayətlər birinci növbədə ev mühitindən başlayır və nə qədər ki, ailə və təhsil ocaqlarında İslam maarifi tədris olunmasa, cəmiyyətə əməli-saleh övladların təhvil verilməsi çətinləşəcəkdir.
Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Allah-təala, övladlarını onların üzünə ağ olmağa məcbur edən ata-anaya nifrin edər.”[1]
Yəni valideyn övladını düzgün tərbiyə etməyəndə onlara söz qaytarır, hörmətsizlik edir. Buna səbəb isə valideynin özü olur. Qiyamət günü pis övladla bərabər ona düzgün tərbiyə verməyən valideyn də Cəhənnəmə gedəcək.
Başqa bir hədisdə buyurur: “Vay olsun axirəzzaman ataların əlindən!” Soruşdular: “Kafir ataların əlindən?” Buyurdu: “Xeyr, dırnaq arası müsəlman ataların. Onlar övladlarına vacibatı öyrətmir, övladları öyrənmək istədikləri zaman isə onları çəkindirib puç olan dünya ilə kifayətlənirlər. Onlar məndən bizardır (uzaqdır), mən də onlardan bizaram!”[2]
Övlad hər nə qədər tərbiyəli və sağlam ruhiyyədə böyüyərsə, ata-anasının başının ucalığına səbəb olar. Demək olar ki, bu istək hər bir valideynin arzusudur. Lakin bu arzunu həyata kecirmək üçün valideynin səy və zəhməti lazımdır.
Rəvayətdə deyilir: “Qiyamət günü övlad öz valideyninə şikayət edib deyəcək: Nə üçün məni haramla böyütdün? Nə üçün namazı mənə sevdirmədin? Nə üçün mənə doğru yolu nişan vermədin?
Sonra Allah-təalaya belə deyəcəklər: “İlahi! Ata-anamız doğru yolu gostərmək əvəzinə bizə zülm edib haqqımızı tapdaladı. İndi ki, bizi Cəhənnəmə aparırsan, valideynlərimizi də bizdən ayır və onlara da əzab ver!” Nəhayət valideynlər övladlarını düzgün tərbiyə etmədiklərinə görə, övladları isə dünyada törətdikləri günah əməllərinə görə Cəhənnəmdə əbədi əzab içində olacaqlar.”[3]
Bəli, cəmiyyətimiz uçuruma doğru gedir. Bəs bunun qarşısı necə alınmalı? Əlbəttə ki, yalnız bir çıxış yolu vardır. O da İslam dinimizin buyuruqlarına əməl etməkdir. Məhz belə olan surətdə cəmiyyətə həm sağlam, həm də mənəvi insanlar təhvil verə bilərik.
[1] “Biharul-ənvar”, c. 77, səh. 58. [2] “Mustədrəkul-vəsail”, c. 15, səh. 164.