AktualArxivXəbər lentiXəbərlər

Rövşən Cavadovun xatirələrindən bir yarpaq-Heydər Əliyev deyirdi: Mən bilsəmki, Qarabağıİranınköməyiiləgerialacağıq, o torpaqları ermənilərə bağışlayaram

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycanlı hərbçi, Polkovnik, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini olmuş Rövşən Cavadov belə inanırdı ki, hakimiyyət onun başçılıq etdiyi qrupla (OMON) əməkdaşlıq etsə, Qarabağı almaq gücünə malikdir. Lakin, Azərbaycan hakimiyyəti bir sıra səbəblərdən, o cümlədən bu qrupun İranla münasibətlərinə görə hökumət bu fəaliyyətin davam etməsini istəmirdi.

Qarabağın azad olunması üçün yüzlərlə könüllü döyüşçüyə rəhbərlik edən Rövşən Cavadov belə düşünürdü ki, atəşkəs yaranacağı surətdə Qarabağ həmişəlik bu ölkədən ayrılacaq.

Amma öz hakimiyyətini bərkitmək üçün Heydər Əliyevin təcili atəşkəsə ehtiyacı var idi. Bu mövzu hakimiyyət və OMON komandiri arasında bərk ixtilafa səbəb oldu. Ona görə də 1995-ci ildə Heydər Əliyev erməni düşmənləri hücum etməli olan ordunun Bakıda könüllü döyüşçülərin qərargahına hücum etməsini əmr etdi.Bu qarşıdurmada Rövşən Cavadov yaralandı və nəhayət öldürüldü.

Rövşən Cavadov öz yaxınlarına, o cümlədən hüquqşünas qardaşına danışdığı xatirədə H. Əliyevin pərdəarxası oyunlarından və onun İrana qarşı həsəd və kinindən, Qarabağ müharibəsində iranlı qüvvələrlə əməkdaşlıq edilməsini görmək istəməməsindən söz açıb. Qardaşı Mahir Cavadov mərhum Rövşən Cavadovdan bu xatirəni açıqlayır:

“Çevrilişdən və yeni prezident (H. Əliyev) and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağciddibir problem deyil, azbirzamandaözhəllinitapacaq. Bizimmüharibəmizİranladır, özümüzüİranlamüharibəyəhazırlamalıyıq.Bizimhəqiqi düşmənimiz ermənilər deyil, farslardır”.

O zaman Bakıda prokuror vəzivəsində çalışan və eyni zamanda OMON üzvü olan Rövşən Cavadovun qardaşı Mahir Cavadov qardaşının öldürülməsindən sonra qərbə mühacirət etdi və Bakı dövlətinin pərdəarxası oyunlarını ifşa etdi. O, hal-hazırda Avstriyada yaşayır.

Rövşən Cavadov belə inanırdı ki, hakimiyyət onun başçılıq etdiyi qrupla (OMON) əməkdaşlıq etsə, Qarabağı almaq gücünə malikdir. Lakin, Azərbaycan hakimiyyəti bir sıra səbəblərdən, o cümlədən bu qrupun İranla münasibətlərinə görə hökumət bu fəaliyyətin davam etməsini istəmirdi. OMON Qarabağ müharibəsində bir neçə uğurlu hərbi əməliyyat həyata keçirmişdi və 1991-ci ildə R. Cavadov milli qəhrəman adına layiq görüldü. 1993-cü ildə Daxili İşlər Nazirinin müavini vəzifəsinə gətirildi.

Həmin dövrdə İranın gizli köməyi və İran ərazisi vasitəsilə Qarabağ müharibəsində döyüşmək üçün 1300 əfqan döyüşçü gətirilib cəbhə xəttində, mövqelərdə yerləşdirildi.

Rövşən Cavadov belə inanırdı ki, atəşkəs yaranacağı surətdə Qarabağ həmişəlik bu ölkədən ayrılacaq.Amma öz hakimiyyətini bərkitmək üçün Heydər Əliyevin təcili atəşkəsə ehtiyacı var idi. Bu mövzu hakimiyyət və OMON komandiri arasında bərk ixtilafa səbəb oldu. Ona görə də 1995-ci ildə Heydər Əliyev ordunun Bakıda könüllü döyüşçülərin qərargahına hücum etməsi göstərişini verdi. Bu qarşıdurmada Rövşən Cavadov yaralandı, onun xəstəxanaya çatdırılmasına imkan verilmədi və həlak oldu.

Onun 20 yaşlı bircə oğlu Laçın Cavadov 2003-cü il 19 dekabrda Moskvada şübhəli şəkildə öldürüldü.

Ekspertlər, İranın Qarabağ müharibəsinə müdaxilə etməmək siyasəti barədə belə düşünürlər ki, İran-İraq müharibəsi sona yetdikdən və Sovetlər Birliyi parçalandıqdan sonra qərb blokunda anti-İran düşmən siyasəti yer aldı və İranın Qafqaz regionuna genişlənməsinə mane oldu. Çünki mədəni, tarixi ortaqlır və keçmişhəmvətənliyə görə İranın Qafqazda potensialı çox yüksək idi. Digər tərəfdən Bakı hakimləri belə güman edirdilər ki, Qarabağ, İranın köməyi ilə azad olunacağı surətdə xalq arasında İrana meyl artacaq və onların yeni təsis olunmuş hökuməti təhlükəyə düşəcək.

Qeyd edək ki, Qarabağ müharibəsində Ankara heç vaxt Bakıya kömək etmədi və boş şüarlar verərək, yalnız vəziyyəti müşahidə etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button