Azərbaycanlı politoloq İran İslam İnqilabını haqq və ədalət carçısı, azad düşüncəli insanlar üçün ilhamverici adlandırıb və deyib: İran daim dünya məzlumlarını himayə edib.
Politoloq Rövşən Novruzoğlu 31 mart(12 fərvərdin), İran İslam Respublikası günü münasibəti ilə İran xalqını təbrik edib və deyib: İran “Böyük Müəllim” statusunu alaraq, dünyanın böyük qüdrətləri xüsusi ilə də Amerika qarşısında dayandı və dünya xalqlrını əxlaqa və mənəviyyata dəvət edi. İran bütün sahələrdə böyük uğurlar qazanmağı bacardı.
Rövşən Novruzoğlu daha sonra deyib: Hazırda İran İslam Respublikası bir çox sahədə beynəlxalq səviyyədə birincilər sırasında yer alır və bu uğurlar bir çoxları tərəfindən alqışlanır.
R.Novruzğlu İran İslam Respublikasının siyasi-iqtisadi gələcəyini də son dərəcə aydın və ümidverici adlandırıb və deyib: İranın inkişafı və sabitliyi bizi sevindirir. Biz digər İslam ölkələri üçün də məhz bu sabitlik və inkişafı arzu edirik.