ArxivXəbər lentiXəbərlər

Ruhani Azərbaycan Respublikasına səfər edəcək

İran İslam Respublikası prezidenti İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclasında iştirak üçün avqustun 7-də Bakıya səfər edəcək.

IRIB müxbirinin məlumatına görə, İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclası avqustun 8-də Bakıda üç prezident səviyyəsində keçiriləcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu səfərdə öz azəri və rus həmkarları İlham Əliyev və Vladimir Putinlə üçtərəfli iclas keçirəcək.

Azərbaycan Respublikası prezidentinin təklifi ilə keçirilən bu iclasda üç ölkə regional məsələlər, eləcə də üçtərəfli əlaqə və əməkdaşlıqlar üzrə müxtəlif sahələrdə danışıqlar və məşvərətlər aparacaq.

Bu ilin yazında da Bakıda İran, Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli iclası keçirilmişdi və tərəflər təhlükəsizlik, siyasi və iqtisadi həmkarlıqların genişlənidirilməsini vurğulamışdılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button