ArxivXəbər lentiXəbərlər

Ruhani: Tehran-Bakı əməkdaşlıqları iki ölkə xalqları, region və dünya xalqlarının mənafeyini təmin edir

İran İslam Respublikası prezidenti deyib: İran və Azərbaycan Respublikası arasında önəmli əməkdaşlıq sənədlərinin imzalanması, qarşılıqlı hörmət, müştərək mənafeyə və dinc qonşuluq münasibətlərinə diqqət əsasında həyata keçib və hər iki ölkə xalqları, region xalqları və hətta dünyanın mənafeyini təmin edəcək.

Qafqaz.ir- Həsən Ruhani bu gün Bakıda iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimindən sonra mətbuat konfransında etdiyi çıxışında İran və Azərbaycan Respublikasının Xəzər dənizində bir çox müştərək mənafeyə malik olduqlarını xatırladaraq deyib: Müştərək elmi, iqtisadi, texniki, ticarət, gəmiçilik, balıqçılıq və turizm əməkdaşlıqları ilə Xəzər dənizinin potensiallarından faydalanmaq lazımdır.

İİR prezidenti deyib: Tranzit və avtomobil istehsalı sahəsində müştərək investisiyalar, Astara-Astara dəmiryolunun inşası iki ölkə əməkdaşlıqlarının inkişaf etməsinin göstəricisidirlər.

Ruhani İran və Azərbaycanın iradəsinin siyasi, elmi, texnologi və regional əməkdaşlıqların genişləndirilməsinə yönəlmiş olduğunu vurğulayaraq deyib: Region məsələləri sadəcə siyasi danışıq yolu ilə həll oluna bilər.

Ruhani deyib: Yəmən və Suriya böhranı siyasi yolla həll edilməlidir və bunların hərbi həll yolu yoxdur. İran və Azərbaycan Respublikası bir çox bu kimi mövzularda ortaq mövqeyə malikdirlər.

İİR prezidenti Qarabağ münaqişəsinin də siyasi danışıqlar yolu ilə həll olunmalı olduğunu vurğulayaraq deyib: İran Regionda coğrafı sərhədlərin dəyişdirilməsinin qəti əleyhinədir və Qarabağ münaqişəsinin tanınmış beynəlxalq hüquq normaları əsasında həll edilməsinin tərəfdarıdır. İran və Azərbaycan beynəlxalq ərsədə daima biri-birinin kənarında olub bə biri-birini dəstəkləyib. İki ölkə beynəlxalq hüquq prinsipləri çərçivəsində biri-birinin kənarındadır.

Azərbaycan Respublikası prezidenti də ölkəsinin İranla iqtisadi, ticarət və müştərək investisiyanın inkişafında əzmkar olduğunu bildirərək deyib: İran və Azərbaycan Respublikasının Rusiya, Türkiyə və Gürcüstan kimi digər ölkələrlə neçətərəfli əməkdaşlıqları regionda stabilliyin inkişafına öz töhfəsini verəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button