ArxivXəbər lentiXəbərlər
Ruhulla Axundzadənin səhhətindəki problemlər kəskinləşib –

AİP-in səhhəti pisləşən komitə sədrinə tibbi yardım göstərilmir
Hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin səhhətindəki problemlər yenidən şiddətlənib.
İslaminSesinin xəbərinə görə, bu barədə partiya funksionerinin ailəsi məlumat verib. Yaxınlarının bildirdiyinə görə, Ruhulla Axundzadə ağır xəstəlikdən əziyyət çəkir və infarkt da keçirib. İndi isə vəziyyəti daha da ağırlaşıb və xəstəliyi şiddətlənib. Buna baxmayaraq cəza çəkdiyi müəssisədə ona heç bir tibbi yardım göstərilmir və xəstəxanaya köçürülmür.
Qeyd edək ki, Ruhulla Axundzadə 2011-ci ildə həbs olunub və 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.