ArxivXəbər lentiXəbərlər

Səhhəti kəskin pisləşən AİP liderinə növbəti dəfə vəkili ilə görüşə icazə verilməyib

Qobustan Qapalı Tipli Cəzaçəkmə Müəssisəsində saxlanılan və sentyabr ayının 26-da keçiriləcək referenduma etiraz olaraq aclıq aksiyası keçirən AİP lideri Mövsüm Səmədova vəkili ilə görüşə icazə verilməyib. Bu barədə “İslaminSesi”nə Doktor Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, onu həbsxana qarşısında bir neçə saat gözlətdikdən sonra müxtəlif bəhanələrlə ona görüşmək üçün icazə verilməyib. Səbəb isə həbsxana rəhbərliyi və nəzarətçiləri tərəfindən doğru-dürüst izah edilməyib.

“İki saat gözlətdikdən sonra gəlib bildirdilər ki, guya Mövsüm Səmədov məndən imtina edib. Mən də bildirdim ki, əgər belə bir şey varsa gəlib mənim özümə desin. Yenidən gedib xeyli bir müddətdən sonra gəlib dedilər ki, Mövsüm Səmədov görüşə gəlmək istəmir. Adının Əlibəy Məmmədov olduğunu söyləyən nəzarətçiyə bildirdim ki, gedin Mövsüm Səmədovun məndən imtinası ilə bağlı yazılı sənəd gətirin. Onu da eləmədilər. Nəhayətdə bildirdim ki, həbsxana rəhbərliyi görüşdən imtina ilə bağlı yazılı qərar versin. Sonda onu da vermədilər. Bir sözlə müxtəlif bəhanələrlə müvəkkilimlə görüşə icazə vermədilər.”

Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov avqust ayının 30-dan etibarən aclıq aksiyası keçirir. Aclıq aksiyasına başladıqdan sonra həbsxana rəhbərliyi tərəfindən karserə salınıb. Hal-hazırda səhhətinin pisləşdiyi bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button