ArxivXəbərlər

Rus politoloq Moskvanın Azərbaycan siyasətini açdı

“Qafqazda heç bir ölkə açar rolunu oynamır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qay Borisov çıxış edib. O, Rusiyanın Qafqazda tam yeni siyasət yürütməyə başladığını bildirib:

“Qafqaz ümumilikdə Rusiyanın Yaxın Şərqə açılan yoludur. Buna görə də Rusiya Qafqazda Ukrayna böhranından əvvəl yeni addımlar atmağa başlamışdı. Bu siyasət isə nə bu gün, nə Lavrovun səfəri, nə də ki, digər yüksək rütbəli şəxslərin Bakıya səfərindən start götürüb. Təkcə onu xatırlamaq kifayətdir ki, Moskva Ermənistanda 102-ci bazanı genişləndirməklə bərabər, Azərbaycanla da hərbi texniki əməkdaşlığı artırıb. Bu addım İrəvan və Bakı tərəfindən tənqid edilsə də, Moskva üçün bunun böyük əhəmiyyəti var. Həm də belə etməklə Rusiya Yaxın Şərqdə müəyyən hadisələrə nəzarət imkanını öz əlində saxlamış olur. Moskva Qarabağda həqiqətən də stabilliyi qorumağa çalışacaq. Bununla bərabər isə Bakını real olaraq Avrasiya İttifaqına cəlb edəcək. Həmçinin, Tiflisin Abxaziya ilə münasibətlərinin düzəlməsinə yardım edəcək. İrəli sürülən bütün addımlar Rusiyanın Zaqafqaziya siyasəti olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button