Xəbərlər

Rus Yuliya İslamı qəbul edib Hülya oldu

Türkiyənin Antalya şəhərində işləyən və burda yerli sakinlərdən biri ilə ailə quran rusiyalı Yuliya Kuxareva İslam dinini qəbul edib.

“Doğan” agentliyinə (DHA) istinadən verilən xəbərə görə, hadisə Yuliyanın həyat yoldaşı Cihan Tokgözlə gəzməyə getdiyi Şanlıurfada baş verib.
Cütlük əfsanəvi “Balıklıgöl”də gəzərkən Yuliya həyat yoldaşına müsəlman olmaq istədiyini deyib. Bu təklifi müsbət qarşılayan Tokgöz həyat yoldaşını Şanlıurfa müftiliyinə aparıb. Burda Yuliya kəlməyi şəhadət gətirərək müsəlman olub.

Cihan Tokgöz həyat yoldaşının müsəlman olmasına sevindiyini deyib. “Biz Şanlıurfaya gəzməyə gəlmişdik. Həyat yoldaşımın hər zaman İslam dininə marağı vardı. Onun bu istəyi bizi çox sevindirdi. Artıq ona Hülya deyə müraciət edəcəyəm”.

anspress

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button