Rusiya Azərbaycan Respublikasında 1.5 milyard dollar investisiya qoyub

Rusiya ilə Azərbaycan Respublikası münasibətləri dinc qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasındadır.
Riport-un verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan regionlararası cəmiyyətin 9-cu iclasında deyib: ” Mən Azərbaycan və Rusiya əlaqələrinin dinc qonşuluq və qarşılıqlı hörmət əsasında qurulduğunu vurğulayıram və biz həmişə öz mənafelərimizi balanslaşdırmağa səy göstəririk və bunu bacarırıq. “
Putin deyib: ” Hal hazırda 700 rus investor şirkəti Azərbaycanda fəaliyyət göstərir və Rusiyanın bu ölkədə investisiyasının həcmi 1.5 milyard dollar təşkil edir. “
Putin deyib: ” Ötən milad ilində Azərbaycan Respublikasından Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracatında 12 faiz artım olub.”
Rusiya prezidenti bu gün Azərbaycan Respublikasının baş naziri və digər yüksək səviyyəli rəsmilərinin qarşılaması ilə Bakı aeroportuna daxil olub.