Rusiyanın pilotsuz uçan aparatları istehsal edən “ADA Aerospace” şirkəti Ermənistanda zavod açacaq. bu barədə şirkət nümayəndəsi “Rİa Novosti” agentliyinə bildirib.
Müsahibin sözlərinə görə, tərəfdaşlar təkcə birgə istehsalının inkişafını deyil, məhsulu beynəlxalq bazarına çıxarmağı da planlaşdırır. Bundan əlavə “ADA” Ermənistana 4,5 milyon dollarlıq pilotsuz uçan təyyarələri verəcək.