Rusiyanın Ermənistanda yerləşən “Erebuni” hərbi bazasına Mi-24 və Mi-8 vertolyotları gətirilib.
Faktxeber.com-un verdiyi məlumat əsasən Rusiya Ermənistanda yerləşən hərbi bazalarana növbəti partiya qırıcı vertolyotlarını göndərib.
“İlin sonuna qədər növbəti bu tip vertolyotlardan daha bir neçəsi Ermənistana gətiriləcək. Vertalyotlar MİQ-29 qırıcıları üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilib. Bir ay müddətində aviasiya alətlərinin yığımı baş tutacaq və pilotlar planlı uçuşlara start verəcək” deyə Rusiyanın Cənub Hava Dairəsinin mətbuat xidməti bildirib.
“Erabuni” hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir.