Bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.
Məlumata görə, aviabazanın “Su-30SM” qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.
Bildirilir ki, aviabazada olan “MiQ-29″ların hamısının “Su-30SM” qırıcıları ilə əvəzlənməsi planlaşdırılır.