Bakıda Qədir-Xum bayramı ilə bağlı bir sıra tədbirlər keçiriləcək

Bu il sentyabrın 20-nə təsadüf edəcək zilhiccə ayının 18-də İslam dünyası ən əhəmiyyətli bayramlarından biri olan Qədir-Xum bayramını qeyd edəcək.
SalamNews xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif yerlərində bir sıra bayram tədbirlər keçiriləcək.
Belə ki, sentyabrın 19-da Bakıda yerləşən İranın Mədəniyyət Mərkəzində də Qədir-Xum bayramı ilə əlaqədar bayram şənliyi keçiriləcək. Tədbirdə ilahiyyatçı alimlər, şairlər, məddahlar iştirak edəcək.
Sentyabrın 20-də axşam namazından sonra Bakının Hacı Cavad məscidində bu bayram münasibəti ilə “Quran gecəsi” keçiriləcək.
İraqın Azərbaycandakı səfirliyi də bayram münasibəti ilə tədbir keçirməyi planlaşdırır.
Sentyabrın 19 və 20-də isə Bakının əksər məscidlərində bu münasibətlə bayram tədbirləri təşkil olunacaq.